Naxçıvanın «Araz» klubunun UEFA Futzal Kubokundakı oyunlarının təqvimi müəyyənləşib
11.08.2008 - 15:05
Naxçıvanın «Araz» klubunun UEFA Futzal Kubokundakı oyunlarının təqvimi müəyyənləşib
Bakı. Elşən Məmmədov – APA-Sport. Bakıda təşkil olunacaq UEFA Futzal Kubokunun VI seçmə qrupunda oyunların təqvimi müəyyənləşib. «APA-Sport» agentliyinin məlumatına görə, Bakı İdman Sarayında keçiriləcək yarışa Azərbaycan çempionu «Araz» (Naxçıvan), «Slov-Matik» (Slovakiya) və «Şkövde» (İsveç) klublarının qatılacağı artıq məlumdur. Daha bir komanda isə Bolqarıstanın paytaxtı Sofiyada yerli «Nadin», «Elita Totova» (Makedoniya) və «İpsviç» (İngiltərə) klubları arasında keçiriləcək ilkin mərhələnin C qrupunun qalibi olacaq. Qrup mərhələsinin təqviminə əsasən, «Araz»ın iştirakçısı olduğu bütün görüşlər saat 21:00-da başlanacaq. Naxçıvan təmsilçisi ilk görüşünü sentyabrın 11-də «Şkövde»yə qarşı keçirəcək. Ertəsi gün «Araz» «Slov-Matik»lə, sentyabrın 14-də isə adı hələ müəyyənləşməyən komanda ilə üz-üzə gələcək.
0