Elnur Məmmədli və Mövlud Mirəliyev Avropa çempionatında güləşməyəcəklər
09.04.2009 - 14:45
Elnur Məmmədli və Mövlud Mirəliyev Avropa çempionatında güləşməyəcəklər
Cüdo üzrə Avropa çempionatında mübarizə aparacaq Azərbaycan milli komandasının heyəti açıqlanıb. Yığmanın baş məşqçisi Ağayar Axundzadənin apasport.az saytına verdiyi məlumata görə, yarışda ölkəmizin şərəfini 8 idmançı qoruyacaq.

Kişilərin turnirində Samir Dadaşzadə (60 kq), Ramil Qasımov (66 kq), Elçin Qasımov (73 kq), Elxan Rəcəbli (81 kq), Elxan Məmmədov (90 kq) və Elmar Qasımov (100 kq) tatami üzərinə çıxacaqlar. Xanım cüdoçularımızdan isə qitə birinciliyində Kifayət Qasımova (57 kq) ilə Ramilə Usubova (63 kq) qüvvəsini sınayacaq.

Olimpiya çempionu Elnur Məmmədli, həmçinin Pekin Olimpiadasının bürünc mükafatçısı Mövlud Mirəliyev bu dəfə də güləşməyəcəklər. Ötən ilin avqustundan bəri rəsmi yarışlara qatılmayan bu iki cüdoçuya milli komandanın məşqçiləri tərəfindən istirahət verilib.

Avropa çempionatı aprelin 24-dən 26-dək Gürcüstanın paytaxtı Tiflisdə keçiriləcək.
0