Abdullayev Milana gedir
01.05.2009 - 17:51
Mayın 15-də İtaliyanın Milan şəhərində start götürəcək sambo üzrə böyüklər arasında Avropa çempionatında çıxış edəcək Azərbaycan milli komandasının heyəti açıqlanıb. Bu haqda Lent.az-a yığmamızın baş məşqçisi Mübariz İbrahimov məlumat verib.
Onun sözlərinə görə, 3 gün davam edəcək yarışda ölkəmiz 9 mümkün çəki dərəcəsindən 7-də çıxış edəcək. İbrahimov bildirib ki, qitə birinciliyində Əfqan Abdullayev (52 kq), İslam Qasımov (57 kq), Yaşar Abbasov (62 kq), Tərlan Kərimov (68 kq), Araz Muxtarov (74 kq), Zaur Paşayev (82 kq) və Anar Əliyev (100 kq) mübarizə aparacaq. 90 kq və 100 kq-dan yuxarı çəkidə ölkəmizi heç kim təmsil etməyəcək.
Cabir İsmayılovla Yaqub Abdullayev isə Milana hakim qismində yollanacaq. Yarışlar “Sentro Sportivo İseo” İdman Kompleksində keçiriləcək.

- Sona Ağayeva dünya reytinq cədvəlinin 8-ci pilləsinə yüksəlib
- Süleyman Ələkbərov Almatıda “ən yaxşı gənc velosipedçi” seçilib
- Azərbaycan Avropada ilk ölkələr sırasında - FOTO
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
0
0