Dünya çempionu Silvestr Stalloneni məhkəməyə verdi
05.05.2009 - 16:43
Dünya çempionu Silvestr Stalloneni məhkəməyə verdi
Amerikalı boksçu Antonio Tarver məşhur Hollivud ulduzu Silvester Stalloneni məhkəməyə verib. Apasport.az saytının məlumatına görə, Beynəlxalq Boks Federasiyasının çempionluq titulunu qazanan idmançı “Rokko Balboa” filminin yaradıcı heyətindən şikayətçidir.

Dünya çempionu hesab edir ki, ona filmdə iştirakına görə pulunu tam verməyiblər. Stallone 2006-cı ildə “Rokki Balboa” filminin ssenarisini yazdıqdan sonra çəkib və baş rolun ifaçısı olub. Terver də orada Silvestrin rəqibi olan ağır çəkidə dünya çempionu Meyson Dikson rolunda çəkilib. Məşhur “Rokki” seriyalından 6-cı bölüm sayılan “Rokki Balboa” uğur qazanmaqla yanaşı, böyük məbləğdə gəlir əldə edib.

Belə ki, film 70 milyon dollar vəsait əldə edib. Bundan sonra filmi çəkən MGM studiyasının rəhbəri Monik Parent Kann festivalında bəyan edib ki, “Rokki”nin davamı da çəkilə bilər.

Qeyd edək ki, indiyədək “Rokki” filmlərinin hamısında baş rolda Stallone çəkilib. Milliyətcə italyan olan idmançı aktyorun ssenarisi ilə ilk film 1976-cı ildə çəkilib və rejissoru Con Evildsen olub. Həmin “Rokki” filmi üç “Oskar” alıb.
0