Nə İradə Aşumova, nə oğlu, nə də bacısı qızı
25.05.2009 - 10:08
İtaliyanın Milan şəhərində güllə atıcılığı üzrə Dünya Kubokuna start verilib. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycanı 3 idmançı - Afina Olimpiadasının bürünc mükafatçısı, yığmamızın oynayan-məşqçisi İradə Aşumova, onun oğlu Ruslan Lunyov və bacısı qızı Nigar Bağırova təmsil edir.
İlk cəhddə güllə atıcılarımız əliboş qalıblar. Qadınlar arasında 10 metrlik məsafədən pnevmatik tapança ilə atəş açmada Aşumova 379 xalla 25-ci yeri tutub. Nigara gəlincə, onun təsnifat mərhələsini adlamasına 1 xalı çatmayıb. 383 xal toplayan Bağırova 10-cu yerlə kifayətlənib. Bu növdə qızıl medala çinli Venyun Quo (489.9 xal) yiyələnib.
Ruslan Lunyov isə kişilərin 10 metrlik məsafədən pnevmatik tapança ilə atəş açma yarışında uğursuzluğa düçar olub. O, 572 xalla 64 nəfər arasında 36-cı pillədə qərarlaşıb.
Mayın 29-dək davam edəcək Dünya Kubokunda həmyerlilərimiz kiçikçaplı tapança ilə də atəş açacaqlar.

- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
- Qaşım Maqomedov: "Bu medal mənim üçün böyük əhəmiyyət kəsb edir"
- Yenilənmiş Olimpiya medalları idmançılarımıza təqdim edilib
- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
0
0