Olimpiya çempionu Elnur Məmmədli polis oldu
02.07.2009 - 16:44
Azərbaycan polisinin yaradılmasının 91-ci illiyi ilə bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov bir qrup polis əməkdaşını qəbul edib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Usubov polis günü ilə bağlı nazirliyə dəvət olunan xidməti vəzifələrin icrasında xüsusilə fərqlənmiş 11 əməkdaşa polis günü münasibətilə mükafat qaydasında xüsusi rütbələrin verildiyini diqqətə çatdırıb.
Daha sonra nazir xüsusi rütbələrin poqonlarını həmin şəxslərə təqdim edib. Qeyd olunub ki, peşə bayramı ilə əlaqədar ümumilikdə daxili işlər orqanlarının 586 əməkdaşı , o cümlədən onlardan 36-sı mükafat qaydasında xüsusi rütbə, 64-ü "Əla xidmətlərinə görə" döş nişanı, 63-ü DİN-in "Fəxri fərmanı" ilə mükafatlandırılıb, 92 nəfər pul mükafatı və 117 nəfər isə "təşəkkür" alıb.
Sonra nazir Pekin Olimpiadasının qalibi Elnur Məmmədliyə "polis leytenantı" xüsusi rütbəsini və zabit poqonlarını təqdim edərək Olimpiya çempionunun daxili işlər orqanlarında xidmətə qəbul olunmasının qürur verici fakt olduğunu, onun idmanda olduğu kimi, cinayətkarlıqla mübarizə və ictimai asayişin təmini sahəsində də uğurlara imza atacağına inandığını bildirib.

0
0