Bolqarıstanlı məşqçi rəsmən Azərbaycan yığmasında
11.07.2009 - 00:28
Bolqarıstanlı mütəxəssis Yanko Rusevin ağır atletika üzrə Azərbaycan milli komandasına baş məşqçi təyinatı rəsmiləşib. Bu haqda Lent.az-a Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Mirkamil Rəhimov məlumat verib.
Onun sözlərinə görə, 51 yaşlı mütəxəssislə 2012-ci il London Yay Olimpiya Oyunlarınadək müqavilə bağlanılıb. Rusevin köməkçisi də bolqarıstanlı olacaq. Lakin onun kimliyi və nə vaxt ölkəmizə gələcəyi məlum deyil.
Millimizin əvvəlki baş məşqçisi Vahid Nəzərov gənclərdən ibarət yığma komandamıza baş məşqçi təyin olunacaq. İkiqat dünya çempionu Nizami Paşayev isə yeniyetmələrdən ibarət yığmamızın baş məşqçi vəzifəsində qalacaq. Artıq Nəzərov və Paşayevin təqdimatları təsdiqlənmək üçün gənclər və idman naziri Azad Rəhimova göndərilib.
Qeyd edək ki, Yanko Rusev idmançı karyerası ərzində 67 kq çəkidə olimpiya çempionluğu ilə yanaşı, 5 qat dünya və eyni sayda Avropa çempionluğunu qazanıb. 28 dəfə dünya rekorduna imza atan mütəxəssis 1993-cü ildən ağır atletika üzrə Şöhrət Zalının üzvüdür. Rusevin təyinatı indiyədək olimpiya çempionu olan bilməyən yığma üzvlərini bu uğura daşımaq məqsədi güdür.

0
0