Yığmamızın baş məşqçisi mikrafon arxasında
11.07.2009 - 23:07
Yeniyetmə və gənc samboçular arasında keçirilən Azərbaycan kubokuna yekun vurulub. Apasport.az saytının məlumatına görə, Bakı İdman Sarayında təşkil olunan yarışda 10 çəki dərəcəsi üzrə 35 komanda və 22 rayondan 172 yeniyetmə, gənclər və kişilər iştirak edib.
Yeniyetmələrin yarışında ən yaxşı nəticəni Ələkbər Quliyev (48 kq), İlqar Həşimov (52 kq), Fərid Mikayılov (56 kq), Emin Qurbanov (60 kq), Səfər Aşumov (65 kq), Zülfüqar Quliyev (70 kq), Həmid Əliyev (75 kq), Hikmət Alışov (81 kq), Azər Ağayev (87 kq) və Elvin Ramazanov (+87 kq) göstərib.
Gənclərin mübarizəsində isə Xalıqverdi Gülüşov (48 kq), Fərid Yusifov (52 kq), Vüqar Məmmədov (57 kq), Yaşar Abbasov (62 kq), İsmayıl Hüseynov (68 kq), Ziya Namazov (74 kq), Elvin Ramazanov (82 kq), Məhərrəm Zeynalov (90 kq), Həsən Əhmədov (100 kq) və Sərram Əmiraslanov (+100 kq) fərqlənib.
Maraqlıdır ki, turnirdə aparıcılıq funksiyasını milli komandanın baş məşqçisi Mübariz İbrahimov öz üzərinə götürüb. Belə ki, idmançılar xalça üzərinə məhz İbrahimovun “dəvətilə” gəlib.

- İdmançılarımız Avropa Yay Olimpiya Festivalına hazırlaşırlar
- AzVİF-lə Elm və Təhsil Nazirliyinin əməkdaşlığı çərçivəsində yeni layihəyə start verilib - FOTO
- Azərbaycan və Polşa arasında antidopinq sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- Millidən yeni rekord: Yığma dünya reytinqində 27-ci sıraya yüksəlib
- Şose velosipedi üzrə Azərbaycan çempionatı start götürüb
0
0