Federasiya prezidenti ailəsi ilə həlak oldu
16.09.2009 - 17:00
Ermənistan Hokkey Federasiyasının prezidenti Karen Xaçatryan avtomobil qəzasında həlak olub. Apasport.az saytının məlumatına görə, ondan əlavə 5 nəfər, o cümlədən Gürcüstan Hokkey Federasiyasının (GHF) vitse-prezidenti Denis Davıdov dünyasını dəyişib. Federasiya rəsmiləri sentyabrın 17-dən 19-dək Tunisdə keçiriləcək Beynəlxalq Hokkey Federasiyasının (BHF) konqresində iştirak etmək üçün İstanbul hava limanına yollanırlarmış. Məmurların yer aldığı “Jeep” markalı avtomobil qarşı yola çıxıb və sərnişin avtobusuna dəyib. Nəticədə Xaçatryanın xanımı Qayan, oğlu Levon, GHF-nin baş katibi Laşa Tsaqeraşvili və onun həyat yoldaşı Teo Bertsenişvili həlak olub. Avtobusda olan 14 sərnişin yaralanıb.
- Azərbaycanlı Formula 4 pilotu Davin Cəfərov Slovakiya Ring trasında növbəti testlərini uğurla başa vurub!
- Deflimpiyaçı güləşçilərimiz Belarusda zirvədə
- Kapoeyraçılarımız Tallində altı medal qazanıblar
- Dağ velosipedi üzrə Azərbaycan Kubokunun 3-cü mərhələsinə yekun vurulub
- Azərbaycanla Belarus arasında idman memorandumu
0
0