Güləşçilərimizin dünya çempionatında rəqibləri müəyyənləşib
20.09.2009 - 18:01
Sabah Danimarkanın Herninq şəhərində güləş üzrə dünya çempionatı start götürəcək. Apasport.az saytının məlumatına görə, 3 həmyerlimizin mübarizəyə başlayacağı çempionatın ilk günündə 55, 66 və 96 kq çəki dərəcəsində sərbəst üsulla güləşənlər xalça üzərinə çıxacaq. Artıq bu çəkidə idmançılarımızın rəqibləri bəlli olub.
Yarışa 1/8 final mərhələsindən başlayacaq Namiq Sevdimovun (55 kq) rəqibi ABŞ güləşçisi Feliks Danni olacaq. Cəbrayıl Həsənov (66 kq) mükafat qazanmaq yolunda 1/8 finalda vyetnamlı Bu Tuan An ilə qurşaq tutacaq. 96 kq çəki dərəcəsində isə Xetaq Qazyumovun rəqibi moldovalı Nikolay Cebahdır.
Sentyabrın 22-də isə 60, 84 və 120 kq çəki dərəcəsində sərbəst güləşçilər xalça üzərinə çıxacaq. 74 kq çəki dərəcəsində sərbəst güləşçilər sentyabrın 23-də mübarizəyə qoşulacaq.

- Azərbaycanı Avropa Gənclər Paralimpiya Oyunlarında təmsil edəcək idmançılarla görüş keçirilib - FOTO
- Dünya Kamandan Oxatma Federasiyası Azərbaycanla əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO
- İdmançımız Sofiyada qələbə qazanıb
- BOK-un tibbi ekspertindən Bakıda elmi-praktik təlim - FOTO
- Antidopinq İntizam və Apellyasiya Komitələrinin üzvləri üçün təlim keçirilib - FOTO
0
0