DÇ-də I gün: Azərbaycana ilk medalı Qazyumov qazandırdı
21.09.2009 - 22:54
Bu gün Danimarkanın Herninq şəhərində güləş üzrə dünya çempionatı start götürür. Apasport.az saytının məlumatına görə, 3 həmyerlimizin mübarizəyə başlayacağı çempionatın ilk günündə 55, 66 və 96 kq çəki dərəcəsində sərbəst üsulla güləşənlər xalça üzərinə çıxacaq. Artıq bu çəkidə idmançılarımızın rəqibləri bəlli olub.
55 kq
Namiq Sevdimov mübarizəyə 1/8 final mərhələsindən başlayıb. Onun rəqibi Feliks Danni (ABŞ) olub. Həmyerlimiz bu görüşdən 4:1 hesablı qələbə ilə ayrılıb. Amma Sevdimov 1/4 finalda türkiyəli Sezər Akgülə 0:7 hesabı ilə uduzub. Sezər finaladək irəlilədiyindən Namiz təsəlliverici görüşlərə qatılıb. O, burada keçirdiyi ilk görüşdə Uld Visr (İsveçrə) üzərində qələbə qazanıb - 7:0. İdmançımız ardınca koreyalı Kim Hyo-Subu üstələyib. Bu görüşünü də qələbə (3:0) ilə başa vuran Sevdimov dünya çempionatını bürünc medalla başa vurmaq üçün rus Viktor Lebedevi məğlub etməlidir. Ancaq təəssüf ki, həmyerlimiz rəqibinə 0:2 hesabı ilə uduzaraq, medalsız qalıb.
66 kq
Cəbrayıl Həsənov 1/4 finala çıxmaq üçün vyetnamlı Bu Tuan An ilə güləşib. İlk cəhdində rəqibini 14:1 hesabı ilə məğlub edən Həsənov 1/4 finalda kubalı güləşçinin arxasını yerə vurub - 5:0. Təəssüf ki, idmançımız yarımfinalda hindistanlı Kumar Suşiyə uduzub.
96 kq
Xetaq Qazyumov növbəti mərhələyə yüksəlmək üçün moldovalı Nikolay Cebahla üz-üzə gəlib. Xetaq bu, və və digər görüşlərini qələbə ilə başa vuraraq, finala vəsiqə qazanıb. O, qızıl medal uğrunda görüşdə yaxşı tanıdığı Rusiya güləşçisi Hacımurad Qatsalovla qarşılaşıb. İdmançımız ilk hissədə 2:0 hesabı ilə qələbə qazansa da, sonda məğlubiyyətlə üzləşib. Bununla belə, Qazyumov ölkəmizə ilk gümüş mükafat qazandırıb.
Sentyabrın 22-də isə 60, 84 və 120 kq çəki dərəcəsində sərbəst güləşçilər xalça üzərinə çıxacaq. 74 kq çəki dərəcəsində sərbəst güləşçilər sentyabrın 23-də mübarizəyə qoşulacaq.

- Formula-1: Azərbaycan Qran-prisinin vaxtı dəyişdirilib
- Bakıda Padel tennis üzrə beynəlxalq yarışın qalibləri mükafatlandırılıb
- ABŞ-də yaşayan azərbaycanlı peşəkar hokkeyçidən Bakıda ustad dərsi
- Anar Ələkbərov Beynəlxalq Avtomobil Federasiyasının Senatına üzv seçilib
- Azərbaycan Üzgüçülük Federasiyasında yeniliklər olub
0
0