Azərbaycan dünya çempionatında 49 ölkə arasında ikinci yeri tutdu
23.09.2009 - 23:04
Danimarkanın Herninq şəhərində keçirilən dünya çempionatında sərbəst güləşçilərin mübarizəsi başa çatıb. Apasport.az saytının xəbərinə görə, Azərbaycan yığması bu mötəbər yarışı komanda hesabında ikinci yerdə başa vurub.
48 xal toplayan millimiz yalnız Rusiyadan (63) geri qalıb. İran (40) üçüncü, Türkiyə dördüncü (27), Ukrayna (23) beşinci yeri tutub. Ümumilikdə, dünya çempionatına 49 ölkə qatılıb.
Qeyd edək ki, ölkəmiz yarışda 4 medal qazanıb. Finalda uduzan Xetaq Qazyumov (96 kq), Zəlimxan Hüseynov (60 kq), Çamsulvara Çamsulvarayev (74 kq) gümüş, Şərif Şərifov (84 kq) isə bürünclə kifayətlənib. Əli İsayev (120 kq), Namiq Sevdimov (55 kq) və Cəbrayıl Həsənov (66 kq) isə fəxri kürsüyə yüksələ bilməyib.

- Bilyardın "Snuker" növü üzrə ölkə çempionatının qalibləri bəlli olub - FOTO
- Millimiz təlim-məşq toplanışına start verib
- III MDB Oyunlarında fəaliyyət göstərəcək könüllülərin sayı açıqlanıb - FOTO
- “Snuker” növü üzrə Azərbaycan çempionatı keçiriləcək
- Fəridə Əzizova Atletlər Komissiyasının sədri seçilib - FOTO
0
0