DÇ-də V gün: Rövşən Bayramov erməniyə uduzsa da, bürünc qazandı
25.09.2009 - 22:57
Danimarkanın Herninq şəhərində təşkil olunan güləş dünya çempionatı davam edir. Apasport.az saytının xəbərinə görə, yarışların V günündə qadınların mübarizəsi başa çatacaq. Əvəzində yunan-Roma üsulu ilə güləşənlər xalça üzərinə çıxacaq ki, milli komandamızın heyətində ikiqat Avropa çempionu, Pekin Olimpiadasının gümüş medalçısı Rövşən Bayramov medal uğrunda qüvvəsini sınayacaq.
55 kq, kişilər
Rövşən Bayramov 1/16 finalda isveçli Per Emil Sundberqlə qarşılaşıb. Həmyerlimiz asan qələbə (8:0) ilə 1/8 finala çıxıb. Onun burada rəqibi erməni Roman Amoyan olub. Təəssüf ki, həmyerlimiz tatamini məğlub durumda tərk edib. Bayramov iki il öncə Bakıda keçirilmiş dünya çempionatında, son Avropa çempionatında və Pekin Olimpiadasında kürəyini yerə vurduğu Amoyanla bu dəfə bacarmayıb - 1:4. Məğlubiyyətdən sonra həmvətənimizin ümidi bürünc medala qalıb. Çünki Amonyan finaladək irəlilədiyindən, Rövşən təsəlliverici mərhələyə qatılıb. O, burada ardıcıl iki görüşdə - Mustafa Hassan (Misir) və Ço Gyu-Jin (Koreya) üzərində qələbə qazanıb. Həmvətənimizin bürünc uğrunda son mübarizəsi rumın Virgil Muntyanuya qarşı olub. Bayramov bu görüşə daha yaxşı başlayıb və ilk hissədəcə 3:0 hesablı qələbə qazanıb. Növbəti ikinci hissədə də rəqibinə şans verməyən Bayramov bürünc medala sahib çıxıb.
67 kq, qadınlar
Zümrüd Qurbanhacıyevanın ilk rəqibi Özbəkistan güləşçisi Gövhər Mirzəyeva olub. Həmvətənimiz xalçanı qələbə ilə tərk edərək 1/8 finala yüksəlib ki, onu burada kanadalı Martine Dugrenierlə münasibətlərini ayırd edib. Amma idmançımız xalçadan məğlubiyyətlə (0:4) ayrılıb. Rəqibi finala çıxdığı üçün təsəlliverici mərhələdə iştirak hüququna yiyələnən Zümrüd bu şansından da yararlana bilməyib. O, təsəlliverici mərhələdə monqolustanlı Badrak Odonçimeqə uduzub - 6:1; 0:1; 0:2. Beləliklə, Qurbanhacıyeva çempionatda əliboş qalıb.
72 kq, qadınlar
Milli komandamızın legioneri Dina İvanova isə yapon Aşuka Sano ilə üz-üzə gəlib. O da Zümrüd kimi ilk görüşünü qələbə ilə başa vurub. 1/8 finalda onun rəqibi Xiaoqing Qin (CHN) olub. Dina da, Zümrüd kimi, ikinci cəhdində 0:4 hesablı məğlubiyyətlə üzləşib. Ardından İvanova təsəlliverici mərhələdə güləşib. Mi-Kyunq Baeni (Koreya) asanlıqla üstələyən pəhləvanımız daha iki qələbə qazanacağı təqdirdə, bürünc medala yiyələ bilərdi. Amma İvanova növbəti cəhddə bolqarıstanlı Stanka Zlateva uduzaraq, fəxri kürsüyə çıxa bilməyib.

0
0