Saypulla Absaidov: Azərbaycan dünyada lider olacaq
25.09.2009 - 13:54
Danimarkada keçirilən dünya çempionatında uğurla çıxış etmiş sərbəst güləş üzrə Azərbaycan yığma komandası vətənə qayıdıb. Apasport.az saytının xəbərinə görə, pəhləvanlarımızı hava limanında Azərbaycan Güləş Federasiyasının əməkdaşları, media nümayəndələri və azarkeş kütləsi qarşılayıb.
Hava limanında media nümayəndələrinə müsahibə verən dünya ikincisi Xetaq Qazyumov Azərbaycan xalqının onlarla fəxr edə biləcəyini, qızıl medal qazanmağa çox yaxın olduqlarını bildirib. O, komandamızın yaxşı nəticə göstərdiyini, 2-ci yerə layiq görüldüyünü qeyd edib.
Yığma komandamızın baş məşqçisi Saypulla Absaidov isə yarışa dünyanın 40 ölkəsinin qatıldığını və komandaların güclü olduqlarını bildirib. Bunlara baxmayaraq, komandamızın 2-ci yerə çıxmasını baş məşqçi yüksək qiymətləndirib. O, bütün idmançılarımızın yarışa qızıl medal qazanmaq əzmi ilə hazırlaşdıqlarını, ancaq bəzi səhvlər edərək birinci ola bilmədiklərini vurğulayıb.
“Biz hazırlıqlarımızı davam etdirəcəyik və yavaş-yavaş Azərbaycan yığma komandası dünyada lider olacaq. Mən buna ürəkdən inanıram” - deyə baş məşqçi əlavə edib.

- Bilyardın "Snuker" növü üzrə ölkə çempionatının qalibləri bəlli olub - FOTO
- Millimiz təlim-məşq toplanışına start verib
- III MDB Oyunlarında fəaliyyət göstərəcək könüllülərin sayı açıqlanıb - FOTO
- “Snuker” növü üzrə Azərbaycan çempionatı keçiriləcək
- Fəridə Əzizova Atletlər Komissiyasının sədri seçilib - FOTO
0
0