DÇ-də VI gün: 3 güləşçimizin qazancı 1 bürünc oldu
26.09.2009 - 22:20
Danimarkada təşkil olunan dünya çempionatının 5 günü arxada qalıb. Apasport.az saytının xəbərinə görə, bu gün yunan-Roma güləşində 60, 84 və 96 kq çəki dərəcəsində mükafatçılar bəlli olacaq.
Bu çəkilərdə həmyerlilərimiz mübarizəyə 1/16 final mərhələsindən başlayacaqlar.
Sabah, yəni dünya çempionatının son günündə 66, 74 və 120 kq çəki dərəcələrində pəhləvanlar üz-üzə gələcək. Milli komandamızın üzvlərindən xalça üzərinə çıxacaq Fərid Mansurovla (66 kq) Rafiq Hüseynovun (74 kq) rəqibləri hələlik bəlli deyil.
60 kq
Pekin Olimpiadasının gümüş medalçısı Vitali Rəhimovun ilk rəqibi italiyalı Paolo Fucili olacaq.
Vitali mundialda uğurlu start götürüb. O, ilk görüşdə xalçanı 7:0 hesablı qələbə ilə tərk edib. Həmyerlimiz 1/8 fianlda Ruslan Tiumenbaev, 1/4 finlada isə gürcü Levaz laşiki üzərində qələbə qazanaraq, yarımfinala çıxıb. Onu burada özbək Dilşad Aripovla görüşüb. Təəssüf ki, idmançımız görüşü məğlubiyyətlə tərk edib. İndi təsəlliverici görüşlərə qatılan Vitali ən yaxşı halda bürünc medal qazana bilər.
Bunun üçün həmyerlimiz türk Soner Cucu ilə qarşılaşıb. Həmyerlimiz qardaş ölkə təmsilçisini çətinliklə yenərək (3:2) dünya üçüncüsü kimi fəxri kürsüyə qalxıb.
84 kq
Milli komandamızın gürcü legioneri Şalva Qadabadze ilk cəhdində Slovakiya güləşçisi Marian Mixaliklə üz-üzə gəlib. O, rəqibini çətinlik çəkmədən məğlubiyyətə uğradıb - 5:0. Onun növbəti rəqibi polşalı Damian Yanikovski olub. Mişin bu mübarizəni uğurla sona çatdıraraq, 1/4 finala çıxb. İdmançımız burada dominikanlı güləşçiylə qarşılaşıb və xalçanı qələbə ilə tərk edərək yarımfinala çıxıb. Şalva burda türkiyəli məşhur güləşçi Nazmi Avlucaya məğlub olub. Nazmi finala yüksəldiyindən pəhləvanımız təsəlliverici görüşlərə qatılıb. Burada kubalı Pablo Hernandeslə görüşdən məğlub ayrılan Qadabadze bürünc medaldan da əlini üzüb.
96 kq
Xeyli vaxtdır yığmamızın şərəfini qoruyan Denis Mişin indiyədək ciddi uğur qazana bilməyib. 2 il öncə ölkəmizə gələn rusiyalı güləşçinin bu günədək ən böyük uğuru mərhum prezident Heydər Əliyevin xatirəsinə həsr olunan Qızıl Qran Pri turnirində 3-cü yer olub. Bu dəfə məşqçilərin etimadını doğrultmağa çalışacaq Mişin ilk cəhdində Davi Albino ilə (Braziliya) güləşib. O da digər iki idmançımız kimi, yarışa qələbə ilə başlayıb - 6:0. Onun 1/8 finalda rəqibi rumıniyalı Alin Aleksuc olub və pəhləvanımız bu görüşdə uduzub. Rumın güləşçi yarımdinalda uduzduğundan, Denis təsəlliverici görüşlərə qatılmaq şansını itirib. Bu isə o deməkdir ki, Mişin vətənə medalsız qayıdacaq.

- İdmançılarımız Avropa Yay Olimpiya Festivalına hazırlaşırlar
- AzVİF-lə Elm və Təhsil Nazirliyinin əməkdaşlığı çərçivəsində yeni layihəyə start verilib - FOTO
- Azərbaycan və Polşa arasında antidopinq sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- Millidən yeni rekord: Yığma dünya reytinqində 27-ci sıraya yüksəlib
- Şose velosipedi üzrə Azərbaycan çempionatı start götürüb
0
0