Milli komandamız vətənə dünya çempionu kimi qayıdır
26.09.2009 - 10:25
Danimarkanın Herninq şəhərində keçirilən dünya çempionatının V günü mübarizə aparan qadın güləşçilərimiz final mərhələsinə yüksələ bilməsələr də, ilk “onluğ”a düşüblər. Apasport.az saytının xəbərinə görə, 67 kq çəki dərəcəsində Zümrüd Qurbanhacıyeva yarışları 8-ci, 72 kq çəki dərəcəsində Dina İvanova isə 7-ci yerdə tamamlayıb. Bütövlükdə qadın pəhləvanlarımız 2 qızıl və 1 gümüş medalla 42 xal toplayaraq komanda hesabında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb – dünya çempionu adını qazanıblar. İkinci və üçüncü yeri isə, müvafiq olaraq Yaponiya və Kanada təmsilçiləri qazanıb.
Komandamız bu gün Vətənə qayıdacaq. Onları gətirən təyyarə bu axşam saat 23:30-da Heydər Əliyev Beynəlxalq Hava Limanına enəcək.
Komandamız bu gün Vətənə qayıdacaq. Onları gətirən təyyarə bu axşam saat 23:30-da Heydər Əliyev Beynəlxalq Hava Limanına enəcək.
- Bilyardın "Snuker" növü üzrə ölkə çempionatının qalibləri bəlli olub - FOTO
- Millimiz təlim-məşq toplanışına start verib
- III MDB Oyunlarında fəaliyyət göstərəcək könüllülərin sayı açıqlanıb - FOTO
- “Snuker” növü üzrə Azərbaycan çempionatı keçiriləcək
- Fəridə Əzizova Atletlər Komissiyasının sədri seçilib - FOTO
0
0