Vüqar Həşimov Avropa çempionu oldu
27.09.2009 - 18:28
Vüqar Həşimov Avropa çempionu oldu
İspaniyanın Orense şəhərində blits şahmat üzrə Avropa çempionatı başa çatıb. Apasport.az saytının xəbərinə görə, Azərbaycanın yeganə təmsilçisi beynəlxalq qrossmeyster Vüqar Həşimov mübarizəni birinci yerdə başa vurub.

Həmyerlimiz keçirdiyi görüşlərdə İspaniya, Peru, Serbiya, Fransa, Kuba, Ukrayna və Niderlanddan olan rəqiblərinə qalib gələrək Avropa çempionu adına layiq görülüb. Həşimov 10 turdan 9,5 toplayaraq, ən yaxın rəqibini 2 xal üstünlüyü ilə geridə qoyub. Çempionatda 32 ölkədən 600-dən çox zəka sahibi iştirak edib.

AzərTac