Fərid Mansurov ikiqat dünya çempionudur!
28.09.2009 - 09:52
Danimarkanın Herninq şəhərində keçirilən güləş üzrə dünya çempionatı başa çatıb. Apasport.az saytının xəbərinə görə, yarışların son günü xalça üzərinə çıxan Fərid Mansurov (66 kq) finaladək irəliləyib.
Həmyerlimiz bu yolda ardıcıl olaraq ispan Sançez Navarro, yapon Tsutomu Fucimuranı məğlub edib, 1/8 final mərhələsində erməni güləşçisi Sasun Qambaryan üzərində möhtəşəm qələbə (4:0, 2:1) qazanıb. 1/4 finalda iranlı Afşin Byabanqard ilə gərgin görüşdən (3:0, 0:2, 1:0) qalib ayrılan Fərid, yarımfinalda Kuba güləşçisi Pedro İsak Muleni (0:2, 1:0, 1:0) də məğlub edib. Finalda isə gürcü rəqibi Manuçar Tsxadaya üzərində təmiz qələbə ilə dünya çempionatının qalibi olub. Bununla da Fərid Mansurov ikiqat dünya çempionu ünvanını qazanıb.
Yunan-Roma güləşi üzrə 74 kq çəki dərəcəsində təmsilçimiz Rafiq Hüseynov yarışlara 1/16 final mərhələsindən qoşulub. İlk rəqibi ilə görüşdən qalib ayrılan güləşçimiz 1/8 final mərhələsində danimarkalı Mark Madsen ilə görüşdə məğlub olub. Lakin Madsen finala qədər irəlilədiyindən Rafiq Hüseynov təsəlliverici görüşlərə qatılmaq imkanı əldə edib. Ardıcıl olaraq amerikalı Castin Harri Lesteri (3:1, 4:0), Finlandiya güləşçisi Henri Valimakini (1:0, 1:0) məğlub edən Rafiq bürünc medal qazanmaq üçün iranlı Farşad Əlizadə Kalehkeşi ilə qurşaq tutub. Gərgin keçən son görüşdə təcrübəsinin azlığı səbəbilə məğlub olan gənc idmançımız 5-ci yerlə kifayətlənməli olub. Komanda hesabında isə yunan-Roma güləşi üzrə yığmamız Türkiyə və İrandan sonra üçüncü yerə çıxıb və bürünc medal qazanıb.
19 pəhləvan ilə çempionatda iştirak edən Azərbaycan yığma komandası ümumilikdə 10 medal – 3 qızıl, 4 gümüş, 3 bürünc qazanıb. Bu, çempionat Azərbaycan güləş tarixində ilklərlə yadda qalıb. Azərbaycan qadın güləşi üzrə yığma komanda hesabında dünya çempionu, sərbəst güləş üzrə dünya ikincisi, yunan-Roma güləşi üzrə isə dünya üçüncüsü olmaqla, bu idman növündə lider ölkələrdən biri olduğunu sübut edib.
Fərid Mansurov (66 kq) isə çempion olmaqla, ölkəmiz müstəqillik əldə etdikdən sonra ikiqat dünya çempionu tituluna yiyələnən güləşçi adını qazanıb.

- Şose velosipedi üzrə Azərbaycan çempionatı start götürüb
- Formula-1: Azərbaycan Qran-prisinin vaxtı dəyişdirilib
- Bakıda Padel tennis üzrə beynəlxalq yarışın qalibləri mükafatlandırılıb
- ABŞ-də yaşayan azərbaycanlı peşəkar hokkeyçidən Bakıda ustad dərsi
- Anar Ələkbərov Beynəlxalq Avtomobil Federasiyasının Senatına üzv seçilib
0
0