Elnur Məmmədli polisdən qovulub?
29.09.2009 - 13:31
Olimpiya çempionu Elnur Məmmədli Pekində qazandığı zəfərdən sonra uğursuzluq zolağından çıxa bilmir. Apasport.az saytının məlumatına görə, bir müddət əvvəl Yol Patrul Xidmətinə (YPX) baş inspektor vəzifəsinə təyin olunan idmançı bu postdan kənarlaşdırılıb. Cüdoçunun bu işdə fəaliyyətinin qısamüddətli olmasına dava-dalaşda iştirak etməsi səbəb olub. Polis iş yoldaşı ilə mübahisəsi davaya çevrilən Elnur idman fəndlərinə malik olmasından yararlanaraq, həmkarını yaxşıca əzişdirib və bu səbəbdən işsiz qalmalı olub.
Məmmədli özü isə həm həmkarı ilə dalaşması, həm də işdən azad olunmasını təkzib edir: “Belə bur şey olmayıb. Bu şayiədən artıq bir şey deyil. Bizim xalq hər şeyi şişirtməyi xoşlayır. Mən hələ də müxtəlif küçələrdə qoyulan videokameralardan məlumatların gəldiyi operator otağında işləyirəm. Bu iş də mənim üçün çox maraqlıdır”.
Mənbə: vesti.az

- Şose velosipedi üzrə Azərbaycan çempionatı start götürüb
- Formula-1: Azərbaycan Qran-prisinin vaxtı dəyişdirilib
- Bakıda Padel tennis üzrə beynəlxalq yarışın qalibləri mükafatlandırılıb
- ABŞ-də yaşayan azərbaycanlı peşəkar hokkeyçidən Bakıda ustad dərsi
- Anar Ələkbərov Beynəlxalq Avtomobil Federasiyasının Senatına üzv seçilib
0
0