Dünya çempionatına yollanan yığmamızın heyəti açıqlandı
06.10.2009 - 10:52
Oktyabrın 14-də Danimarkanın paytaxtı Kopenhagendə start götürəcək taekvondo üzrə kişi və qadınlar arasında dünya çempionatında çıxış edəcək Azərbaycan milli komandasının heyəti açıqlanıb. Bu haqda Lent.az-a Azərbaycan Taekvondo Federasiyasının (ATF) meneceri Nağı Səfərov məlumat verib. Onun sözlərinə görə, 5 gün davam edəcək nüfuzlu yarışda ölkəmizi 8 kişi, 4 qadın taekvondoçu təmsil edəcək.
Kişilərin mübarizəsinə Avropa çempionları Elnur Amanov (58 kq) və İlkin Şahbazov (68 kq), dünya çempionatının gümüş mükafatçısı Təvəkkül Bayramov (87 kq), 2004-cü il Afina və 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının iştirakçısı Rəşad Əhmədov (80 kq), eləcə də Samir Aydınov (54 kq), Fariz Əliyev (63 kq), Ramin Əzizov (74 kq) və Vüqar Məcidov (+87 kq) qatılacaq.
Qadınların yarışında isə Xəyalə Quliyeva (46 kq), Aygül Abdullayeva (49 kq) və Arzu Bağırova (53 kq) ilə yanaşı, cənubi koreyalı legioner Seuqnmi Li (57 kq) qüvvəsini sınayacaq.
Çempionatın ilk günündə Rəşad Əhmədov və Vüqar Məcidov çıxış edəcəklər. Ertəsi gün mübarizəyə Aygül Abdullayeva, Seuqnmi Li və Elnur Amanov qoşulacaqlar. Oktyabrın 16-da Arzu Bağırova, Fariz Əliyev və İlkin Şahbazov, Bundan bir gün sonra Xəyalə Quliyeva, Samir Aydınov və Təvəkkül Bayramov, sonuncu gün isə Ramin Əzizov qüvvələrini sınayacaqlar.
Taekvondoçularımız dünya çempionatına oktyabrın 8-də yollanacaqlar.

- Dağ velosipedi üzrə Azərbaycan Kubokunun 3-cü mərhələsinə yekun vurulub
- Azərbaycanla Belarus arasında idman memorandumu
- III Xankəndi Ultramarafonuna yekun vurulacaq
- Kamandan oxatma üzrə Azərbaycan Superkuboku keçiriləcək
- Asunsion Loriyente Bakıda Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyəti ilə tanış olub
0
0