Azərbaycan pilotu “Formula-1”də liderdir - FOTOSESSİYA
07.10.2009 - 14:42
Çinin Luicou şəhərində “Formula-1” su-motor idmanı üzrə dünya çempionatının növbəti mərhələsi başa çatıb. Yarışların VIII etapında Azərbaycan bayrağı altında iştirak edən Conas Anderson 43 dövrəlik məsafəni hamıdan tez qət edərək, ən yaxın izləyicisini 4,93 saniyə qabaqlayıb. Azərbaycan Motorlu Qayıqlar Federasiyasından apasport.az saytına verilən xəbərə görə, dövrələri 44,09 saniyəyə qət edib. Bu təmsilçimizin cari mövsümdə ikinci belə qələbəsidir. O, avqustun 9-da Rusiyanın Sank-Peterburq şəhərində baş tutan yarışda da hamını qabaqlamışdı.
Çində keçirilən iki mərhələdə 27 xal qazanan Anderson ümumi hesabda da liderliyə yüksəlib. Artıq hesabında 79 xal olan isveçli 8 mərhələdən sonra ən yaxın izləyicisi Tani Əl-Qəmzini (BƏƏ) 2 xal qabaqlayır. Üçüncü sırada olan Cey Prays (Qətər) cəmi liderdən 24 xal geri qalır.
Yarışın növbəti 2 mərhələsi də Çində baş tutacaq. İdmançılar oktyabrın 17 və 18-də kimin sürətli olduğunu müəyyənləşdirəcəklər.
Xatırladaq ki, Anderson 2009-cu ilin yanvarından su idmanı üzrə “Formula-1” yarışında Azərbaycanı təmsil edir.

- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
0
0