Azad Rəhimov dünya çempionu ilə görüşdü
07.10.2009 - 17:32
Gənclər və idman naziri Azad Rəhimov dünya çempionatında uğurla iştirak etmiş damaçılarla görüşüb. apasport.az saytının xəbərinə görə, idman sahəsində həm olimpiya, həm də qeyri-olimpiya idman növündə qazanılan medalların ilbəil artmasının qürurverici hal olduğunu qeyd edən Rəhimov başçılıq etdiyi qurum tərəfindən tikilərək istifadəyə verilmiş 5 Olimpiya İdman Kompleksi və istifadəyə veriləcək digər 5 komplekslərdə də dama idman növünün inkişaf etdirilməsi üçün otaqlar olduğunu və federasiya rəhbərliyinə bu təklifdən yararlanmağı məsləhət görüb. Nazir qeyd edib ki, məhz regionlarda da dama idman növünün inkişafına təkan verəcək.
Polşanın Mlava şəhərində keçirilmiş dünya birincilyində 10, 13, 16 və 19 qruplarında çıxış edən Famil Kamilli, Zeynal Rəşidli, Ramil Salahov və Aslan Aslanlı komanda hesabında 1-ci yer tutublar. Şəxsi hesabda Famil Kamilli 3 qat (klassik dama, blits və sürətli dama) dünya çempionu adını qazanıb.

- Dağ velosipedi üzrə Azərbaycan Kubokunun 3-cü mərhələsinə yekun vurulub
- Azərbaycanla Belarus arasında idman memorandumu
- III Xankəndi Ultramarafonuna yekun vurulacaq
- Kamandan oxatma üzrə Azərbaycan Superkuboku keçiriləcək
- Asunsion Loriyente Bakıda Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyəti ilə tanış olub
0
0