3 qızıl və 2 gümüş medalla 1-ci yer
12.10.2009 - 12:38
Bakı İdman Sarayında kişi cüdoçular arasında keçirilən Dünya Kubokuna yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycanın idman şərəfini 26 cüdoçu qoruyub. Baş məşqçi Ağayar Axundzadənin yetirmələrindən 5-i fəxri kürsüyə yüksəlib.
Tərlan Kərimov (66 kq), Elxan Rəcəbli (81 kq) və Elxan Məmmədov (90 kq) qızıl medala layiq görülüb. Digər iki təmsilçimiz - Vüqar Şirinli (60 kq)və Sərxan Əhmədov (66 kq) yalnız finalda uduzaraq, gümüş medalla kifayətlənib.
Beləliklə, Azərbaycan milli komandası medalların keyfiyyətinə əsasən, Dünya Kubokunda birinci yeri tutub.

- Dağ velosipedi üzrə Azərbaycan Kubokunun 3-cü mərhələsinə yekun vurulub
- Azərbaycanla Belarus arasında idman memorandumu
- III Xankəndi Ultramarafonuna yekun vurulacaq
- Kamandan oxatma üzrə Azərbaycan Superkuboku keçiriləcək
- Asunsion Loriyente Bakıda Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyəti ilə tanış olub
0
0