Olimpiya çempionunun ayağını qırdılar
12.10.2009 - 14:38
İsveç milli komandasının oyunçusu Daniel Sedin ciddi zədələnib. Apasport.az saytının məlumatına görə, Milli Hokkey Liqasında çıxış edən “Vankuver Kenaks” klubunda oynayan 2006-cı ilin olimpiya çempionunun ayağını şayba qırıb. “Dallas Stars”la matçın gedişində komanda yoldaşı Aleks Elderin zərbəsindən sonra şayba Sedinin sol qıçına dəyib. Zərbədən ayağı sınan 29 yaşlı hücumçu ən azı ay yarım meydanlardan kənar qalıb. 1999 və 2001-ci illərdə dünya çempionatlarının bürünc mükafatını qazanan isveçli 9 ildir oynadığı Kanadada belə ciddi zədə almamışdı.
- Dağ velosipedi üzrə Azərbaycan Kubokunun 3-cü mərhələsinə yekun vurulub
- Azərbaycanla Belarus arasında idman memorandumu
- III Xankəndi Ultramarafonuna yekun vurulacaq
- Kamandan oxatma üzrə Azərbaycan Superkuboku keçiriləcək
- Asunsion Loriyente Bakıda Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyəti ilə tanış olub
0
0