50 yaşlı azərbaycanlı olimpiya çempionu oldu!
28.10.2009 - 11:06
Mərkəzi Ordu İdman Klubunun (MOİK) giziri Akif Alıyev Azərbaycanın idman tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, ağır atletika üzrə dünya və Avropa çempionu olmuş Alıyev veteranlar arasında ilk azərbaycanlı olimpiya çempionu olub. 50 yaşlı idmançı Avstraliyanın Sidney şəhərində təşkil olunmuş Veteranların Olimpiya Oyunlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Yarış yaş kateqoriyaları üzrə keçirilib. Dördüncü qrupda (1950-59-cu il təvəllüdlülər) mübarizə aparan həmvətənimiz birdən 80 kq, təkanla isə 95 kq-ın öhdəsindən gəlib və 175 kq-lıq göstərici ilə qızıl medala layiq görülüb. Həmçinin, təcrübəli idmançımız yeni olimpiya və dünya rekordları da müəyyənləşdirib.
Olimpiya Oyunları barədə təəssüratlarını bölüşən Alıyev bunları deyib: “Açığı, yarışda rəqiblərimin ciddi müqaviməti ilə üzləşdim. Birdən qaldırmada 80 kq sifariş edəcəyim heç planda yox idi. Lakin mübarizənin gərginliyi məni bu addımı atmağa məcbur etdi. Təbii ki, çox sevinirəm. Azərbaycanda veteranlar arasında ilk Avropa, dünya və həm də olimpiya çempionuyam. Veteranların Olimpiya Oyunlarında iştirakıma köməklik göstərdiyi üçün Müdafiə Nazirliyinin rəhbərliyinə, general-polkovnik Səfər Əbiyevə minnətdarlığımı bildirirəm”.

- WADA-nın 2026-cı il üçün qadağan edilmiş maddələr siyahısı qüvvəyə minib
- 2025-ci ildə AMADA tərəfindən 1100 dopinq testi götürülüb
- WADA-nın qadağan edilmiş maddələrin siyahısının qüvvəyə minəcəyi tarix müəyyənləşib
- Qılıncoynatma üzrə Azərbaycan birinciliyinə yekun vurulub
- İlham Əliyevin doğum gününə həsr olunmuş turnir keçirilib - FOTO
0
0