“Yenidən milli komandaya qayıtmaq istəyirəm” - FOTO
04.02.2010 - 00:01
“Mən cüdodan həzz alıram. Bu idman növündə işlədilən fəndlər çox xoşuma gəlir”. Bunu apasport.az saytına açıqlamasında Azərbaycanın perspektivli cüdoçularından biri, yeniyetmələrdən ibarət yığmanın sabiq üzvü Fuad Kazımzadə deyib.
Azərbaycan idmançılarının beynəlxalq turnirlərdə qazandığı möhtəşəm uğurlar, bayrağımızın dalğalandırılması, himnimizin səsləndirilməsi Fuadda bu sahəyə maraq oyadıb. Beləcə, o, 10 yaşında ikən cüdo ilə məşğul olmağa başlayıb. Ancaq özünün dediyinə görə, idmanda ilk sevgisi heç də cüdoya olmayıb: “Düzü, güləş yarışlarına baxandan sonra məndə həvəs, iradə, güc oyandı. Ancaq özümü cüdoda sınamaq qərarına gəldim. Çünki cüdo fəndləri mənə daha çox cəlbedici gəlir”.
“Nəqşicahan” İdman Cəmiyyətinin üzvü olan 16 yaşlı Fuad iki il öncə yeniyetmələr arasında respublika birinciliyində bürünc medala layiq görülüb. Daha sonra milli komandamızın heyətinə çağırılıb və Həzi Aslanovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə qüvvəsini sınayıb. Lakin Kazımzadə yığmanın heyətində mövqeyini qoruya bilməyib. Bir müddətdir milli komandaya dəvət almayan cüdoçu qarşısına məqsəd qoyub: “Hazırda Azərbaycan Taekvondo Federasiyasının zalında məşqçim Zaur Rəcəblinin rəhbərliyi altında qarşıdakı respublika birinciliyinə hazırlaşıram. Yarış fevralın 12-də başlayacaq. Respublika birinciliyində mükafatçılar sırasına düşməklə, milli komandanın heyətinə qayıtmaq niyyətindəyəm”.
Bəs görəsən, Fuadın ən böyük arzusu nədir? “Mənim kumirim elə şəxsi məşqçimdir. Zaur müəllim kimi, ağıllı, müdrik və güclü olmaq istəyirəm. Ən böyük arzum isə bütün yarışlarda ölkəmi layiqincə təmsil etmək və olimpiya çempionu titulunu qazanmaqdır” - deyə yeniyetmə cüdoçu vurğulayıb.

- Yüksək Liqada təyinatlar açıqlanıb
- Azərbaycan idmançılarının yeni reytinq cədvəli bəlli olub
- Azərbaycanın buzüstü rəqs cütlüyü dünya çempionatına vəsiqə qazanıb
- İmaməddin Xəlilov Özbəkistanda keçirilən beynəlxalq festivalda çıxış edib
- Azərbaycanın fiqurlu konkisürəni ilk dəfə Avropa çempionatında iştirak edəcək
0
0