Azərbaycan Ermənistandan 4 pillə öndə
08.02.2010 - 10:21
Fransanın paytaxtı Parisdə keçirilən cüdo üzrə ilin ilk “Böyük Dəbilqə”sinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycanın şərəfini qoruyan hər 7 idmançı əliboş qalıb. Yalnız Elxan Rəcəblinin 5-ci yeri tutması milli komandamızın yekun sıralamada nisbətən yuxarıda qərarlaşmasına imkan yaradıb.
Belə ki, yığmamız 53 kollektiv arasında 26-cı sıraya sahib çıxıb. Sevindirici haldır ki, komandamız Ermənistanı 4 pillə qabaqlayıb. Buna səbəb bədnam qonşularımızdan heç kimin ilk “səkkizlik”də yer ala bilməməsidir.
“Böyük Dəbilqə” yaponların zəfəri ilə yadda qalıb: 5 qızıl, 2 gümüş, 6 bürünc medal. Meydan sahibi Fransa ikinci (3 qızıl, 2 gümüş, 5 bürünc medal), Şimali Koreya (2 qızıl, 4 bürünc medal) isə üçüncü olub.

- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
0
0