Azərbaycan atleti dünya çempionatında yeddinci oldu
13.03.2010 - 22:40
Azərbaycan atleti dünya çempionatında yeddinci oldu
Qətərin paytaxtı Dohadakı dünya çempionatında bu gün qadınlar arasında 3000 metr məsafəyə qaçış üzrə final mərhələsi keçirilib.

Lent.az-ın məlumatına görə, Azərbaycanı bu mərhələdə təmsil edən Layeş Abdullayeva məsafəni 8 dəqiqə 57,59 saniyəyə qət edərək 12 atlet arasında 7-ci olub.

Azərbaycan təmsilçisi bu mərhələdə Portuqaliya, Rusiya, ABŞ, Poşa və Hollandiyadan olan həmkarlarını qabaqlayıb.
Finişə isə birinci yerdə 8 dəqiqə 51,57 saniyə ilə Efiopiyadan olan Meseret Defar çatıb.

Qeyd edək ki, L.Abdullayeva bu mərhələdəki həmkarları arasında ən gənc atlet olub. Onun cəmi 19 yaşı var.
0