“Qızıl”dan pay olmaz
07.04.2010 - 15:00
İki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun xatirəsinə həsr olunmuş 33-cü beynəlxalq turnir başa çatır. Apasport.az saytının məlumatına görə, Azərbaycan, Gürcüstan, Özbəkistan, İran və Türkiyədən 200-ə yaxın yeniyetmə cüdoçunun mübarizə apardığı yarışın ilk günündə komandamız 7 qızıl medal qazanıb. Qalibləri müəyyənləşən 8 çəkidən (4 qız, 4 oğlan) yalnız birində qonaq idmançı fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Türkiyəli Rabia Batur (36) bütün rəqiblərinin kürəyini yerə vurmağı bacarıb.
Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Cüdo Federasiyası və Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda oğlanlar arasında 66 kq, 73 kq, 81 kq, 90 kq və +90 kq çəki dərəcələrində qaliblərin adları bu gün bilinəcək. Qızların yarışında isə son gündə 52 kq, 57 kq, 63 kq, 70 kq və +73 kq çəki dərəcələrdə mübarizə aparan cüdoçular mübarizə aparacaqlar.

0
0