İkinci gün medalsız qaldıq - YENİLƏNİB
07.04.2010 - 21:46
Belarusun paytaxtı Minskdə keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, yarışların ikinci günü atletlərimizdən daha biri mübarizəyə qoşulub.
69 kq çəkidə podiuma çıxan Sərdar Həsənov mükafatçılar sırasına düşə bilməyib. O, birdən qaldırmada 135 kq ağırlığı başı üzərinə qaldırıb. Təkanla qaldırmada isə idmançımız 167 kq ağırlığın öhdəsindən gəlib. Ümumilikdə, 302 kq göstərici ilə Həsənov qitə çempionatının 5-ci yerdə başa vurub. Qızıl medalı rumın Ninel Nikulesku (333 kq), gümüşü isə rus Mixail Qobev (319 kq) qazanıb. Türk atlet Mete Binay isə (314 kq) bürünc medala sahib çıxıb.
Xatırladaq ki, 4 idmançı ilə təmsil olunduğumuz yarışda Zülfüqar Süleymanov (62 kq) dünən çıxışını başa vurub. 2 hərəkətin cəminə görə bürünclə mükafatlandırılan ağırlıqqaldıranımız təkanla qaldırmada da “kiçik” bürüncə sahib olmuşdu.

0
0