Avropa çempionatına qatılacaq yığmamızın heyəti sabah açıqlanacaq
07.04.2010 - 20:43
Aprelin 13-18-də Bakıda keçiriləcək yunan-Roma, sərbəst və qadın güləşi üzrə Avropa çempionatına hazırlıq davam edir. Apasport.az saytının xəbərinə görə, yarışda Azərbaycan da daxil olmaqla, 38 ölkədən 450-yə yaxın idmançının iştirakı gözlənilir.
Avropa çempionatında mübarizə aparacaq komandalar ölkəmizə aprelin 10-dan etibarən gəlməyə başlayacaqlar.
Heydər Əliyev adına İdman-Konsert Kompleksində (Abbas Səhhət küçəsi 2) keçiriləcək yarışlar hər gün saat 13:00-da başlayacaq. Təntənəli açılış mərasimi aprelin 13-də saat 18:30-da olacaq. Azarkeşlərin arenaya girişi pulsuz olacaq.
Sabah isə Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Namiq Əliyev sərbəst və yunan-Roma güləşi üzrə komandalarımızın üzvləri ilə görüşəcək. Həmin görüşdə Avropa çempionatında ölkəmizi təmsil edəcək pəhləvanlarımızın adı açıqlanacaq.

0
0