Daha bir güləşçi yığmamızdan qovuldu
08.04.2010 - 13:26
Daha bir yunan-Roma güləşçisi Azərbaycan milli komandasından qovulub. Bu haqda Lent.az-a açıqlamasında yunan-Roma güləşi üzrə milli komandanın baş məşqçisi Elçin Cəfərov məlumat verib.
Baş məşqçi bildirib ki, 96 kiloqram çəkidə çıxış edən Denis Mişin heyətdən kənarlaşdırılıb və buna Rusiya əsilli güləşçinin zəif çıxışları səbəb olub: “Biz Denis Mişini 2007-ci ildən bəri Avropa, dünya çempionatlarında, olimpiya yarışlarında, bir sıra beynəlxalq turnirlərdə sınadıq. O, ümidlərimizi doğrultmadı. Əvəzində həmin çəkidə çıxış edən azərbaycanlı güləşçi Səbuhi Hümbətov ötən il gənclər arasında Avropa çempionatının bürünc mükafatını qazanıb. Legioner güləşçi yerli güləşçidən iki qat üstün olmalıdır, halbuki biz Denis Mişində bunun əksini gördük. Əksinə, o, bizim yerli güləşçidən zəifdir. Əgər o, yerli güləşçilərdən zəifdirsə, onu saxlamağın nə mənası var?”
Qeyd edək ki, ötən il daha bir rusiyalı yunan-Roma güləşçisi Anton Botev (120 kq) də millimizdən kənarlaşdırılıb.

- Anar Ələkbərov Beynəlxalq Avtomobil Federasiyasının Senatına üzv seçilib
- Azərbaycan Üzgüçülük Federasiyasında yeniliklər olub
- “Pool Nine Ball” üzrə Bakı şəhər çempionatı keçiriləcək
- Yevlax Olimpiya İdman Kompleksinə media-tur təşkil olunub
- İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksində görülmüş işlərlə tanış olub - YENİLƏNİB
0
0