“Heç bir təxribatdan söhbət gedə bilməz” - MÜSAHİBƏ
08.04.2010 - 16:44
Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Namiq Əliyev bu gün yunan-Roma güləşçilərimizlə görüşdən sonra jurnalistlərin suallarını cavablandırıb. Lent.az-ın məlumatına görə, federasiya rəsmisi 13 – 18 apreldə Bakıda keçiriləcək Avropa çempionatına hazırlıq, sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığmalarımızın hədəfləri və Ermənistan yığmasının çempionatda iştirak edib-etməyəcəyinə dair məsələlərə aydınlıq gətirib.
- Güləşçilərimizin Avropa çempionatında hazırlıq səviyyəsini necə dəyərləndirirsiniz?
- Güləşçilərimiz Avropa çempionatı öncəsi müntəzəm təlim-məşq toplantıları və beynəlxalq turnirlərdə çıxış ediblər. Həmin turnirlərdə nəticələr çox uğurlu olub. Hesab edirəm ki, yığma komandalarımız Avropa çempionatına tam hazırdır. Yunan-Roma güləşində bir neçə çəkidə, konkret 96 kq və 120 kq-da təcrübəsizlikdən müəyyən problemlər ola bilər. Həmin çəkilərdə yer alan Səbuhi Hümbətov və Müslüm Müslümov beynəlxalq turnirlərdə o qədər də iştirak etməyiblər. Lakin digər çəkilərdə çox təcrübəli pəhləvanlarımız çıxış edəcəklər. Fikrimcə, bütün güləşçilərimiz ən yüksək pillələrə iddialıdırlar və bizim ümidlərimizi doğruldacaqlar.
- İkiqat Avropa çempionu və 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Rövşən Bayramovun heyətdən kənarda qalması nə ilə əlaqədardır?
- Rövşən Bayramov ötən ay Macarıstanda keçirilmiş “Qızıl Qran pri” turnirinin I mərhələsində çıxış etdiyi vaxt zədələnib. Sonradan o, məşqlərə qatılsa da, 55 kq çəki dərəcəsindəki digər güləşçimiz Elçin Əliyevlə yoxlama görüşündə uduzdu. Ona görə də məşqçilər heyəti və federasiyamızın rəhbərliyi həmin çəkidə Elçin Əliyevin çıxış etməsini daha məqsədəuyğun saydı.
- Bəs 60 kq çəkidə digər Avropa çempionu və olimpiya mükafatçısı Vitali Rəhimova yox, Həsən Əliyevə güvənməyiniz nə ilə bağlıdır?
- Bu il keçirilən bir neçə beynəlxalq turnirin finalında Həsən Əliyevlə Vitali Rəhimov üz-üzə gəliblər. Bütün hallarda Həsən Əliyev qalib gəlib. Ona görə də Əliyevin daha iddialı olduğu və daha güclü olduğu qənaətinə gəlmişik. Nəticədə 60 kq çəkidə onun güləşməsi qərara alınıb.
- Avropa çempionatından neçə medal gözləyirsiniz?
- İdmanda proqnoz vermək bir qədər çətindir. Ötən il biz sərbəst, yunan-Roma və qadın güləşi üzrə Avropa çempionatından 5 qızıl medalla qayıtmışdıq. Təəssüf ki, yunan-Roma güləşində qızıl medal əldə edə bilməmişdik. Hesab edirəm ki, Bakıda da ən azı ötən ilki uğurlarımızı təkrarlayacağıq.
- Ötən il sərbəst güləş yığmamız ümumi hesabda Avropa çempionatında I yeri tutub. Dünya çempionatında isə qadın güləşi, sərbəst güləş və yunan-Roma güləşi üzrə yığmalarımız müvafiq olaraq, ilk 3 yerə layiq görülüblər. Bəs qarşıdakı Avropa çempionatında hansı nəticəni gözləyirsiniz?
- Bu suala idmançılarımız daha yaxşı cavab verə bilərlər. Qadın güləşində bir qədər problemimiz var. Bu da dünya çempionlarımız Mariya Stadnik və Yuliya Ratkeviçin Avropa çempionatlarına qatılmayacaqları ilə əlaqədardır. Ona görə də gəncləri sınayacağıq. Amma həm sərbəst, həm də yunan-Roma güləşində tam iddialıyıq. Fikrimcə, hər iki komandamız ilk “3-lük”də olacaq.
- Bəs hər bir komandanın qarşısına konkret neçə medal qazanmaq haqda tapşırıq qoyulub?
- Konkret, yunan-Roma güləşini götürsək, heç olmasa, 3-ü qızıl medal qazanmaq iqtidarındadır. Amma ad çəkmək istəməzdim. Bütün idmançılarımız iddialıdırlar. Biz evdə güləşirik. Fikrimcə, sərbəst güləş növündə də 2 qızıl medal qazana bilərik.
- Ermənistan milli komandasının iştirak edib-etməyəcəklərinə aydınlıq gəlib?
- Onlar iki ay öncə bizə rəsmi müraciət edərək, Avropa çempionatına gələcəkləri haqda məlumat vermişdilər. Amma indiyədək bundan başqa bir xəbər yoxdur. Hətta dünən bir daha Beynəlxalq Güləş Federasiyaları Assosiasiyası (FİLA) rəsmiləri ilə əlaqə saxlamışıq. Demişik ki, artıq onların gəlişi üçün gecdir. Çünki otel, marşrut, təhlükəsizlik məsələləri var. Onlar gəlsələr, xüsusi marşrutla – Gürcüstandan gəlməlidirlər. Hələ FİLA bizə bir qənaətbəxş cavab verməyib. Çox güman ki, sabahadək bir xəbər çıxmasa, bu, onların iştirak etməyəcəkləri anlamını verəcək. Çünki aprelin 12-də çəki günüdür, bütün komandaların qalacaqları otellər də bəllidir.
- Ermənistan güləşçiləri gələcəkləri halda, onlar üçün xüsusi təhlükəsizlik tədbirləri görüləcək?
- Əlbəttə. Ötən il iki ölkə arasında belə razılıq əldə olunub ki, Azərbaycan idmançıları Ermənistanda, Ermənistan idmançıları isə Azərbaycanda yarışlarda iştirak etdikləri vaxt təxribatın baş verməməsi üçün dövlət tərəfindən xüsusi təhlükəsizlik tədbirləri həyata keçiriləcək. Yəni, onlar Avropa çempionatına gəlsələr, xüsusi təhlükəsizlik tədbirləri görüləcək.
- Rusiya yığmasının baş məşqçisi Qoqi Koquaşvili təxribat təhlükəsindən ehtiyatlanaraq, iki erməni güləşçini Bakıya gətirməyəcəyini bildirib. Koquaşvilinin irəli sürdüyü ehtimalla bağlı nə deyə bilərsiniz?
- Ermənistan yığması Bakıya gələndən sonra Rusiya millisinin iki erməni güləşçisinin gəlməməsi nə deməkdir? Digər ölkələrin komandalarının heyətində Bakıya 10-dək erməni gələcək. Əgər onlar gəlirlərsə, Rusiya yığmasının erməni pəhləvanlarına qarşı hansı provokasiya ola bilər? Ola bilsin, bu, Rusiya millisinin baş məşqçisinin öz düşüncəsidir. 3 il öncə Bakıda dünya çempionatı keçirilib. Həmin yarışa Ermənistan yığması və digər ölkələrin nümayəndə heyətinin tərkibində federasiya rəsmisi, məşqçi və idmançı kimi ermənilər qatılıblar. Onlara qarşı heç bir provokasiya olmayıb və paytaxtımızı çox böyük razılıqla tərk ediblər. Öz ölkələrində də bunu qeyd ediblər. Mən düşünmürəm ki, iki erməni güləşçisini Bakıya gətirdiyi üçün Rusiya yığmasına qarşı hər hansı təxribat ola bilər.

- Anar Ələkbərov Beynəlxalq Avtomobil Federasiyasının Senatına üzv seçilib
- Azərbaycan Üzgüçülük Federasiyasında yeniliklər olub
- “Pool Nine Ball” üzrə Bakı şəhər çempionatı keçiriləcək
- Yevlax Olimpiya İdman Kompleksinə media-tur təşkil olunub
- İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksində görülmüş işlərlə tanış olub - YENİLƏNİB
0
0