Boks yığmamızın heyətində kikboksçu döyüşəcək
09.04.2010 - 11:49
Aprelin 20-də Bakıda start götürəcək gənclər arasında boks üzrə dünya çempionatı üçün Azərbaycan milli komandasının heyəti açıqlanıb. Yığmamızın baş məşqçisi Şamil Əlimcanovun Lent.az-a verdiyi məlumata görə, 14 gün davam edəcək nüfuzlu yarışda ölkəmiz 11 çəki dərəcəsinin hamısında təmsil olunacaq.
Sinqapurda keçiriləcək Yeniyetmələrin I Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya çempionatında Salman Əlizadə (48 kq), Şaban Şahpələngov (51 kq), Elnur Zeynalov (54 kq), Elvin İsayev (57 kq), Coşqun Əliyev (60 kq), Tamerlan Abdullayev (64 kq), Emil Əhmədov (69 kq), Vətən Hüseynli (75 kq), Teymur Məmmədov (81 kq), Hacıbaba Hacıbabayev (91 kq) və Fərqan Ömərov (+91 kq) qüvvəsini sınayacaq.
Əlimcanov bildirib ki, komandamızın hədəfi 14 avqustda start götürəcək olimpiadaya maksimum sayda – 3 lisenziyaya sahib çıxmaqdan ibarətdir. Baş məşqçi yarışda çıxış edəcək Ermənistan yığması haqda da fikirlərini açıqlayıb: “Onların da güclü boksçuları var. Boksçularımıza rəqib olsalar, çalışacağıq ki, Bakıda medal qazanmalarına imkan verməyək. Medal qazansalar da, nə etmək olar? Bu, idmandır”.
Qeyd edək ki, boks yığmamızın heyətində yer alan Şaban Şahpələngov kikboksçudur. O, hətta kikboksinq üzrə yeniyetmələr arasında dünya çempionu olub.

- Anar Ələkbərov Beynəlxalq Avtomobil Federasiyasının Senatına üzv seçilib
- Azərbaycan Üzgüçülük Federasiyasında yeniliklər olub
- “Pool Nine Ball” üzrə Bakı şəhər çempionatı keçiriləcək
- Yevlax Olimpiya İdman Kompleksinə media-tur təşkil olunub
- İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksində görülmüş işlərlə tanış olub - YENİLƏNİB
0
0