Yığmamızın üzvləri Bundesliqada gümüş medal qazandılar - FOTO
12.04.2010 - 11:54
Azərbaycanlı qrossmeysterlər - Şəhriyar Məmmədyarovla Vüqar Həşimov Almaniya çempionatında iştirak ediblər. Apasport.az saytının məlumatına görə, “Verder”in heyətində yer alan zəka sahiblərimiz yarışın gümüş mükafatına layiq görülüblər.
Son turlarda “Solinqen” və “Remaqen-1950” komandaları ilə oyunlarda Şəhriyar Məmmədyarov ehtiyatda qalsa da, Vüqar Haşımov komandasının ikinci olmasına öz töhfəsini verib.
Birinci lövhədə mübarizə aparan həmyerlimiz “Solinqen”li Predraqa Nikoliçə qalib gəlib. “Remaqen-1950” komandasında Robert Xubnerlə matçda isə heç-heçə edib.
Beləliklə, 15 turdan sonra aktivində 27 xalı olan “Verder” “Baden-Baden” komandasından sonra Almaniya çempionatında fəxri kürsünün ikinci pilləsinə qalxıb.

- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
0
0