“Kim necə istəyirsə, elə də boş-boş danışır” - MÜSAHİBƏ
12.04.2010 - 17:12
Sərbəst güləş üzrə Azərbaycan milli komandasının baş məşqçisi Saypulla Absaidovun Lent.az-a müsahibəsi
- Aprelin 13-də Bakıda start götürəcək Avropa çempionatının ilk 2 günündə sərbəst güləşçilərimiz çıxış edəcəklər. Yığmamızın hazırlıq səviyyəsini necə dəyərləndirərdiniz?
- Hazırlıq prosesimiz normaldır. Çempionat öncəsi müntəzəm təlim-məşq toplantıları və turnirlərdə qüvvəmizi sınamışıq. İndi çəki yoxlamasına gedirik. Bundan sonra 55 kq, 66 kq, 84 kq və 120 kq çəki dərəcələrində yer alan pəhləvanlarımız Mahmud Maqomedov, Cəbrayıl Həsənov, Şərif Şərifov və Əli İsayevin rəqibləri bilinəcək.
- Güləşçilərimizin çıxışlarına püşkün nəticəsinin təsiri nə dərəcədə ola bilər?
- Açıqladığım heyətdəki bütün güləşçilər qızıl medal qazanmağa layiqdirlər. Avropa çempionluğunu hədəfləyən pəhləvan üçün püşkün nəticəsi ciddi əhəmiyyət kəsb etməməlidir. Əlbəttə, hansısa güləşçinin rəqibi təcrübəli və ya güclü ola bilər. Amma biz heç bir rəqibdən çəkinmirik.
- Heyətdə hər hansı dəyişiklik var?
- Bəli. 60 kq çəkidə çıxış edən Zəlimxan Hüseynovu Hacı Əliyevlə əvəzləmişik. Hüseynovun soyuqdəyməsi var, xəstələnib. Bu səbəbdən, onun çəkisində çıxış etməyə Əliyevi daha layiq saydıq. Hacı Azərbaycan Kubokunun qalibi olarkən, yendiyi rəqiblərdən biri məhz Zəlimxan idi.
- Bəs 55 kq çəkidəki Mahmud Maqomedovun çıxışı nə dərəcədə realdır. Rusiya İdman Güləşi Federasiyasının I vitse-prezidenti Georgi Bryusov Maqomedovun Azərbaycan yığmasına keçidinin Beynəlxalq Güləş Federasiyaları Assosiasiyasının qaydalarına zidd olduğunu bildirib. Onun millimizin heyətində çıxışına heç bir maneə yaradılmayacaq?
- Kim necə istəyirsə, elə də boş-boş danışır. Maqomedovun çıxışı qaydalara necə zidd ola bilər ki, şəxsən Rusiya İdman Güləşi Federasiyasının prezidenti Mixail Mamiaşvili bu keçidə etiraz etmədiklərini bildirib. Beynəlxalq Güləş Federasiyaları Assosiasiyası isə bizə Maqomedovun Azərbaycan yığmasında çıxış etməsinə icazə verən sənəd təqdim edib. Yəni, burada heç bir problem görmürəm. 55 kq çəkidə məhz Maqomedov çıxış edəcək.
- Bu çəkidə Namiq Sevdimovun yer almaması nə ilə əlaqədardır?
- Əvvəla, Sevdimov yarış öncəsi çox çəki salıb. Bu da onun fiziki hazırlıq səviyyəsini təsirsiz ötüşməyib. Digər tərəfdən, Avropa çempionatından əvvəl bir neçə yarışda bütün güləşçilərimizi sınaqdan çıxarmışıq. 55 kq çəkidəki pəhləvanlarımız arasında Mahmud hamıdan üstün olub. Ona görə də Avropa çempionatında ən yüngül çəkidə Maqomedov güləşəcək.
- Ötən il sərbəst güləş yığmamız Litvada keçirilmiş Avropa çempionatında komanda hesabında birinci yeri tutub. Azərbaycan Güləş Federasiyası tərəfindən qarşınıza bu il də eyni uğuru təkrarlamaq vəzifəsi qoyulmayıb?
- Bizə heç bir tapşırıq, göstəriş verilməyib. Özüm də idmanda proqnoz verməyin əleyhinəyəm. Sadəcə, onu deyə bilərəm ki, Avropa çempionatında uğur qazanacağımıza inanıram.
- Yəqin ki, ən ciddi rəqibiniz Rusiya yığması olacaq?
- Təbii ki, ayrı-ayrı çəkilərdə Rusiya güləşçiləri ilə rəqabət olacaq. Amma bu rəqabətdən üzüağ çıxaraq, layiqli nəticələr göstərməyə çalışacağıq.
- İlk azərbaycanlı dünya çempionu, veteran sərbəst güləşçimiz Aydın İbrahimov saytımıza müsahibəsində Sizinlə bağlı bir epizodu xatırladıb. İbrahimov deyib ki, 1980-ci il Moskva Yay Olimpiya Oyunlarının qalibi olmağınızda onun böyük rolu olub. Məhz həmin vaxt məşqçi işləyən həmyerlimizin sayəsində Siz olimpiadada çıxış edəcək SSRİ yığmasının heyətinə daxil edilərək, qızıl medal qazanmısınız. Bu yaxınlarda İbrahimovu gördükdə isə “Qazandığım olimpiya “qızıl”ı Sizin əməyinizdir” demisiniz. Bu, doğrudur?
- Aydın İbrahimovun sözlərində həqiqət var. Moskva olimpiadası öncəsi o, Rusiya paytaxtında “Dinamo” klubunun məşqçisi, mən isə həmin klubun güləşçisi idim. SSRİ çempionatında qızıl medal qazanmağıma baxmayaraq, məni, nəyə görəsə, olimpiadaya aparmaqda tərəddüd edirdilər. Məhz “Dinamo”nun məşqçilər heyətinin inadkarlığı sayəsində planetin ən nüfuzlu yarışında çıxış etdim və ümidləri layiqincə doğrultdum. Buna görə Aydın İbrahimova minnətdaram.

0
0