Milli komandamız sabah Türkiyə yığması ilə qarşılaşacaq
15.04.2010 - 12:43
Aprelin 20-də Bakıda start götürəcək boks üzrə dünya birinciliyinə hazırlaşan Azərbaycan yığması məşqlərini davam etdirir. Bu barədə apasport.az saytına açıqlama verən milli komandanın baş məşqçisi Şamil Əlimcanovun sözlərinə görə, təlim-məşq toplanışının son mərhələsində olan boksçularımız sabah yoxlama döyüşləri keçirəcəklər. Komandamızın rəqibi Türkiyə yığması olacaq.
Xatırladaq ki, 14 gün davam edəcək yarışda komandamızın əsas məqsədi avqustda start götürəcək Sinqapur olimpiadasına maksimum sayda – 3 lisenziyaya sahib çıxmaqdır.
Xatırladaq ki, 14 gün davam edəcək yarışda komandamızın əsas məqsədi avqustda start götürəcək Sinqapur olimpiadasına maksimum sayda – 3 lisenziyaya sahib çıxmaqdır.
- Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı keçiriləcək
- Kamandan oxatma üzrə Bakı şəhər kubokunun II mərhələsi keçiriləcək
- “Masters” velosipedçilər ilk dəfə Azərbaycan çempionatında yarışacaq
- Milli Olimpiya Komitəsinin nümayəndə heyəti AOK-un 55-ci Baş Assambleyasında iştirak edir
- Azərbaycan Ruandaya badminton avadanlıqları göndərib
0
0