Milli komanda qarət olundu
19.05.2010 - 18:08
CAR-da keçiriləcək dünya çempionatının final mərhələsinə hazırlaşan Paraqvay yığması xoşagəlməz hadisə ilə üzləşib. Apasport.az saytının məlumatına görə, cənubi amerikalılar Fransanın Evian şəhərində qarət olunub.
Hilton otelində məskunlaşan yığmanın nümayəndə heyətinin seyfindən 110 min dollar oğurlanıb. Bu pullar komandanın mundiala hazırlığı üçün nəzərdə tutulubmuş. Araşdırmalar nəticəsində məlum olub ki, cinayətkar özünü nümayəndə heyətinin üzvü kimi qələmə verdiyindən otelin əməkdaşları seyfi açmaqda ona kömək də edib. Pullarla yanaşı, noutbuk da aparılıb. Polis artıq oteldə quraşdırılmış video kameraların köməyi ilə oğrunun xarici görünüşünü müəyyənləşdirib.

- Bakıda suya tullanma üzrə “Gələcəyə Doğru” turniri keçirilib
- Azərbaycan parabadmintonçusu İbrahim Əliyev beynəlxalq turnirdə üçüncü olub
- Qolf üzrə Azərbaycan çempionatı və ölkə birinciliyi keçirilib
- Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı keçirilib
- Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı keçiriləcək
0
0