51 yaşlı atletimiz Avropa çempionu oldu - FOTO
20.05.2010 - 14:54
Avstriyanın Linç şəhərində usta ağır atletlər arasında keçirilən Avropa çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, 33 ölkədən 641 idmançının mübarizə apardığı yarışın ilk günü Azərbaycan komandası üçün uğurlu olub.
Belə ki, 7 veteran atletlə təmsil olunduğumuz çempionatda 56 kq çəki dərəcəsində podiuma çıxan Akif Alıyev (50-54 yaş qrupunda) qızıl medala layiq görülüb. 51 yaşlı idmançımız 176 kq (81 kq + 95 kq=176 kq) çəkini başı üzərinə qaldırıb.
Qeyd edək ki, digər 6 usta idmançılarımız mayın 22-də mübarizəyə qoşulacaqlar. Bu atletlər arasında yığma karyerasını az öncə başa vuran Asif Məlikov (69 kq) da yer alıb.

- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
0
0