Azərbaycan idmançıları Ermənistan bayrağına arxa çevirib
21.05.2010 - 12:52
Azərbaycan idmançıları Ermənistan bayrağına arxa çevirib
İspaniyanın Valensiya şəhərində gənclər arasında Avropa çempionatı davam edir. Yarışda ölkəmizi təmsil edən atletlər də mübarizə aparır. Apasport.az saytının xəbərinə görə, Ermənistanın “Aravot” qəzeti qitə birinciliyində Azərbaycan yığma komandasının üzvləri ilə təşkilatçılar arasında qalmaqal yaşandığı haqda məlumat yayıb.

Məlumatda 62 kq çəki dərəcəsində yarışan təmsilçimiz Firudin Quliyevin 145 kq ştanqın öhdəsindən gəlsə də, hakimlərin bu cəhdi qiymətləndirməyi bildirilir. Bu zaman komandamızın məşqçilər korpusu hakimlərə etiraz edərək idmançımızın qaydaları pozmadığını bildiriblər. Hakimlər isə qərarlarını dəyişməyərək idmançımızın bu çəki dərəcəsində gümüş medal qazanmasına səbəb olublar. 62 kq çəki dərəcəsində erməni Vladik Karapetyan qızıl medala sahib çıxıb.

Hakimlərin qərarına etiraz əlaməti olaraq, Firudin Quliyev fəxri kürsüyə qalxmaqdan imtina edib. Ermənistan mətbuatının yaydığı məlumata görə, təltifetmə mərasimində nümayəndə heyətimiz etiraz əlaməti olaraq, Ermənistan bayrağına arxa çeviriblər.

Bu məsələni dəqiqləşdirmək məqsədilə Azərbaycan Ağır Atletika Federasiyası ilə əlaqə saxladıq. Lakin çoxsaylı cəhdlərimizə baxmayaraq, Federasiyadan telefon dəstəyini qaldıran tapılmadı.

Mənbə: anspress.com