“Mən bu uğura imza atan ilk azərbaycanlıyam”
21.05.2010 - 13:55
Azərbaycanlı peşəkar boksçu Azad Əzizov bu gün mətbuat konfransı keçirib. Apasport.az saytının məlumatına görə, beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edən idmançı Berlindəki son döyüşü və İBO İnterkontinental kəməri qazanmasının sirrini açıqlayıb: “2007-ci ildən Almaniyanın Maqderburq şəhərində LBN klubunda peşəkar boksla məşğul oluram. Ötən il Bakıda İBF Avropa kəmərinə sahib olduqdan sonra daha da yüksək nailiyyətlər üçün məşqlərimi intensivləşdirdim. Sevindirici haldır ki, çəkdiyim əziyyət yeni – İBO İnternasional kəmərini də qazanmağımla nəticələndi. 12 raund keçirilməli olan döyüşün 7-ci raundunda dünyada tanınmış rəqibim Nasir Altumanini texniki nokautla məğlub etdim”.
Almaniyada futboldan sonra peşəkar boksa marağın böyük olduğunu bildirən Əzizov bütün döyüşlərində xüsusi dəstəklənir. Onun sözlərinə görə, Berlindəki son döyüşündə də azarkeşləri onu tək buraxmayıblar: “Ulu öndər Heydər Əliyevin ad gününə həsr olunmuş İBO İnternasional kəməri uğrunda məni 600-ə yaxın həmyerlimiz dəstəkləyirdi. Onlar arasında həmişə mənə dayaq duran Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov da var idi. Döyüşdə məni azərbaycanlılarla yanaşı, almanlar da qələbəyə ruhlandırdılar. Təbii ki, qələbəmdə onların da rolu yüksəkdir”.
İBO İnterkontinental yarışmasında 63,5 kq çəkidə dünya çempionumuz 1500 boksçu arasında reytinqdə 65-ci yerdədir. Əzizov qazandığı kəməri qorumaq uğrunda 1 döyüş keçirdikdən sonra növbəti kəmər uğrunda qüvvəsini sınayacaq: “Bu yarışın ən pik nöqtəsi 5 kəmər qazanmaqdır. Artıq mən onlardan ikisinə sahib olmuşam. Azərbaycanda bu uğura imza atan ilk idmançıyam. Lakin bununla kifayətlənməyərək, sonadək mübarizə aparacağam”.
Almaniyada həmyerlilərimizin sayının çox olmasını arzulayan Əzizovun bəzi idmançılarımızı Maqderburqa aparmaq istəyi baş tutmayıb: “Yaşadığım şəhərdə LBN klubunun rəhbəri həmyerlimiz Yaşar Niftəliyevdir. Orada azərbaycanlılarla bərabər, digər xalqların da nümayəndələri məşq edirlər. Az öncə buradan 5 boksçumuzu Maqderburq şəhərinə aparmaq istəsəm də, viza problemi səbəbindən alınmadı. Arzu edirəm ki, doğma Azərbaycanımızda da idmanın bu növü populyarlaşsın. Bunun üçün isə burada daha çox döyüşlər təşkil etmək lazımdır”.
Qeyd edək ki, Əzizov indiyə kimi 26 döyüş keçirib və 22 qələbə qazanıb.

- Bilyardın "Snuker" növü üzrə ölkə çempionatının qalibləri bəlli olub - FOTO
- Millimiz təlim-məşq toplanışına start verib
- III MDB Oyunlarında fəaliyyət göstərəcək könüllülərin sayı açıqlanıb - FOTO
- “Snuker” növü üzrə Azərbaycan çempionatı keçiriləcək
- Fəridə Əzizova Atletlər Komissiyasının sədri seçilib - FOTO
0
0