Ağır Atletika Federasiyası ermənilərlə yaranan qalmaqala münasibət bildirdi
21.05.2010 - 14:40
İspaniyanın Valensiya şəhərində ağır atletika üzrə gənclər arasında keçirilən Avropa çempionatı sabah başa çatacaq. Yarışda uğurlu çıxışı ilə fərqlənən Azərbaycan idmançılarından 62 kq çəki dərəcəsində gümüş medal qazanan Firudin Quliyev hakim haqsızlığı ilə üzləşib. Bu barədə apasport.az saytına hazırda İspaniyada olan Azərbaycan Ağır Atletika Federasiyasının icraçı-direktoru İsgəndər Əsgərov məlumat verib.
“62 kq çəki dərəcəsində yığmamızın üzvü 145 kq çəkinin öhdəsindən gəlsə də, hakimlər bu nəticəni hesaba almadılar. Biz etiraz etdik. Lakin sonda qızıl medal yenə düşmən ölkənin idmançısına verildi. Bundan sonra medalların təqdimetmə mərasimində iştirak etdik. Lakin gümüş medalı aldıqdan sonra Ermənistanın dövlət himni səslənərkən, yenidən etiraz əlaməti kimi idmançımız fəxri kürsünü tərk etdi. Çünki əsl mübarizədə qızıl medal Firudin Quliyevin olmalı idi” – deyə Əsgərov bildirib.
Qeyd edək ki, bu məsələ ilə bağlı Ermənistanın “Aravot” qəzeti qitə birinciliyində Azərbaycan yığma komandasının üzvləri ilə təşkilatçılar arasında qalmaqal yarandığını yazıb.
Məlumatda 62 kq çəki dərəcəsində yarışan təmsilçimiz Firudin Quliyevin 145 kq ştanqın öhdəsindən gəlsə də, hakimlərin bu cəhdi qiymətləndirmədiyi bildirilir. Bu zaman komandamızın məşqçilər korpusu hakimlərə etiraz edərək, idmançımızın qaydaları pozmadığını bildiriblər. Hakimlər isə qərarlarını dəyişməyərək, idmançımızın bu çəki dərəcəsində gümüş medal qazanmasına səbəb olublar. 62 kq çəki dərəcəsində erməni Vladik Karapetyan qızıl medala sahib çıxıb.
Hakimlərin qərarına etiraz əlaməti olaraq, Firudin Quliyev fəxri kürsüyə qalxmaqdan imtina edib. “Aravot”un yazdığına görə, təltifetmə mərasimində nümayəndə heyətimiz etiraz əlaməti kimi Ermənistan bayrağına arxa çeviriblər.

- Bilyardın "Snuker" növü üzrə ölkə çempionatının qalibləri bəlli olub - FOTO
- Millimiz təlim-məşq toplanışına start verib
- III MDB Oyunlarında fəaliyyət göstərəcək könüllülərin sayı açıqlanıb - FOTO
- “Snuker” növü üzrə Azərbaycan çempionatı keçiriləcək
- Fəridə Əzizova Atletlər Komissiyasının sədri seçilib - FOTO
0
0