“32”lər: İvan Pexanın sevimli komandası
25.05.2010 - 23:01
Dünya çempionatının final mərhələsinin startına 16 gün qalıb. Apasport.az saytı yarış iştirakçılarının təqdimatını davam etdirərək, oxucularını Slovakiya milli komandası ilə tanış edir.
Dosye
Federasiya: Slovensky Futbalovy Zvaz (Slovakiya Futbol İttifaqı)
Federasiya prezidenti: Frantişek Laurinets
Yaranma tarixi: 1938
1994-cü ildən FİFA, 1993-cü ildən UEFA-nın üzvüdür.
Ləqəbi: Repre
Rəngləri: ağ və göy
Tarixinin ilk oyunu: BƏƏ 1:0 (1994-cü il)
Baş məşqçi: Vladimir Vayss
Yığmada ən çox oyun keçirənlər: Miroslav Karhan (95), Robert Vittek (69), Silard Nemet (58)
Yığmada ən çox qol vuranlar: Silard Nemet (22), Robert Vittek (18), Marek Mintal (14)
Məşhur oyunçuları: Vittek, Nemet, Mintal, Karhan, Dubovski, Hamşik, Moravçik, Şestak, Yanoçko, Qreşko, Şkrtel, Kojley, Varqa
Nailiyyətləri
Slovakiya yığmasının tarixi ərzində ilk və ən böyük nailiyyəti dünya çempionatının final mərhələsinə çıxmaqdır. Vayssın yetirmələri mundiallardakı debütünü CAR-da rəsmiləşdirəcək.
DÇ yolunda
Seçmə mərhələnin püşkatmasından sonra Slovakiyanın III qrupda nəticə qazanacağını heç kim gözləmirdi. Çexiya (2:1, 2:2) kimi favoritin, Avro-2008-in iştirakçısı olan Polşa (2:1, 1:0) həmçinin Sloveniya (1:2, 0:2) və Şimali İrlandiya (2:1, 2:0) kimi ortababların yer aldığı qrupda “Repre”nin şansları yüksək dəyərləndirilmirdi. Lakin slovakiyalılar San-Marinonun (3:1, 7:0) da yer aldığı qrupu zirvədə başa vurdu.
Ulduzsuz yığma
Slovakiyalılar ortabab oyunçulardan təşkil olunan komanda ilə seçmə mərhələnin qalibi olub. Ən böyük ulduzu “Napoli”də çıxış edən Marek Hamşik olan “Repre”də Martin Şrtel və Stanislav Şestak da liderlərdən sayılır. Bu isə o deməkdir ki, qapı istisna olmaqla hər xətdə bir aparıcı oyunçu var. Vayssın yığması əsasən üstünlüyü rəqibə verib ikinci rolda olmağı daha çox sevir. Lakin San-Marino kimi zəiflərlə oyunlarda Hamşikin oyun quruculuğundan maksimum yararlanır. Ucaboy futbolçuların çoxluğu standart vəziyyətlərə xüsusi diqqət ayırmağa da əsas verib.
Oyunlarının təqvimi
15.06.2010 Yeni Zelandiya
20.06.2010 Paraqvay
24.06.2010 İtaliya
Mundial iştirakçısı və biz
Slovakiya komandaları təmsilçilərimiz üçün az qala əbədi rəqiblərdən biri sayılır. Mundial iştirakçısı indiyədək 3 dəfə yığmamızla eyni seçmə qrupa düşüb. Beynəlxalq arenada hər iki yığma üçün debüt tsikli olan Avro-1996-da da (1:4, 0:1), 4 il sonrakı yarışda da (0:3, 0:1) futbolçularımız rəqib qarşısında aciz qalıb. 2002-ci ilin mundialına gedən yolda kifayət qədər uğurlu oynayan slovakiyalılar həlledici zərbəni İqor Ponomaryovun yetirmələrindən alıb – 1:3, 2:0.
U-21 isə tarixinin ilk rəsmi qələbəsini məhz “Repre” üzərində qazanıb. Avro-1996-da (0:3, 1:0), Avro-2000 (1:2, 0:3), Avro-2002 (0:5, 0:0) keçirilən 6 matçın 4-də yığmamız məğlub olub. Bu ölkə ilə ilk duellər isə 16 il əvvələ təsadüf edib. Həmin vaxt U-16 iki, U-18 isə yeddi cavabsız qol buraxaraq slovakiyalılar önündə aciz qalıb.
İki ölkə klubları avrokuboklarda 5 dəfə üz-üzə gəlib. 2004/05-də “Qarabağ” “Dukla” (0:3, 0:1), bir il sonra “Bakı” “Jilina” (1:0, 1:3), ötən yay isə “İnter” “Spartak” (1:2, 1:3) səddini aşa bilməyib. 2006/07 mövsümündə “Karvan” “Spartak”a (1:0, 1:0), iki il sonra isə “Neftçi” “Nitra”ya (2:0, 1:3) yerini göstərib.
“Marat” və İvan
Azərbaycan və Slovakiya futbolları arasında mövcud olan tellərdən biri də “Marat” klubu ilə bağlı olub. Ölkəsinin aşağı dəstəsində çıxış edən klubun baş məşqçisi olmuş Ruslan Abdullayevin rəhbərlik etdiyi komandada onun oğlu – hazırda “İnter”də çalışan Elxan Abdullayev də çıxış edib. Azərbaycana üz tutan ilk slovakiyalı futbolçu isə İvan Pexadır. “Xəzər-Lənkəran”ın aparıcı oyunçularından sayılan müdafiəçi son mövsüm Premyer Liqada hamıdan çox – 31 matça çıxan futbolçulardan biri olub.
Apasport.az-ın proqnozu: mübarizəni qrupda dayandıracaq.
Vüqar XEYRULLAYEV

- Anar Ələkbərov Beynəlxalq Avtomobil Federasiyasının Senatına üzv seçilib
- Azərbaycan Üzgüçülük Federasiyasında yeniliklər olub
- “Pool Nine Ball” üzrə Bakı şəhər çempionatı keçiriləcək
- Yevlax Olimpiya İdman Kompleksinə media-tur təşkil olunub
- İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksində görülmüş işlərlə tanış olub - YENİLƏNİB
0
0