Almaniya yığması: yarısı sevindi, yarısı yox
27.05.2010 - 10:03
Avro-2012-nin seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Almaniya yığması CAR-da keçiriləcək dünya çempionatının final mərhələsinə hazırlıq məqsədilə yoldaşlıq oyunu keçirib.
Apasport.az saytının məlumatına görə, futbol meydanında qol yağışına səbəb olmaq istəyən Bundestim buna münasib rəqib də tapıb. İtaliya çempionatının III dəstəsində çıxış edən “Zyudtirol” klubunun 20 yaşadək futbolçularından ibarət komanda ilə görüşən Yoahim Lövün yetirmələri rəqibini meydana çıxmağa peşman edib. Hər 225 saniyədən, yəni 3 dəqiqə 45 saniyədən rəqib qapısına yol tapan almaniyalılar 90 dəqiqəni 24:0 hesabı ilə bitirib. Lakin Bundestimin bütün üzvləri qol sevinci yaşaya bilməyib. Çünki bu toplar meydana çıxan 20 futbolçudan yarısının - 10 futbolçunun hesabına yazılıb. Kloze və Qomes hərəyə 5, Troxovski 3, Kakau, Bek, Kisslinq, Kroos hərəyə 2 qol vurubsa Fridrix, Hedira və Podolski bir dəfədən artıq fərqlənməyib.
Qeyd edək ki, millimiz Almaniya ilə bu il sentyabrın 7-də səfərdə, gələn il iyunun 7-də Bakıda qarşılaşacaq.

- Bilyardın "Snuker" növü üzrə ölkə çempionatının qalibləri bəlli olub - FOTO
- Millimiz təlim-məşq toplanışına start verib
- III MDB Oyunlarında fəaliyyət göstərəcək könüllülərin sayı açıqlanıb - FOTO
- “Snuker” növü üzrə Azərbaycan çempionatı keçiriləcək
- Fəridə Əzizova Atletlər Komissiyasının sədri seçilib - FOTO
0
0