Futbolçu baş məşqçisinə yumruq atıb, onu səfeh adlandırdı
01.06.2010 - 15:33
Qana yığmasının futbolçusu Lari Kinqston DÇ-2010-a aparılmamağının heyfini baş məşqçisi Milovan Raevatsdan çıxıb. Apasport.az saytının məlumatına görə, Şotlandiyanın “Harts” klubunda oynayan yarımmüdafiəçi onu mundialdan kənarda qoyduğu üçün serbiyalı çalışdırıcısının üstünə hücum edib. Yalnız ətrafda olan futbolçular Raevatsı fiziki xəsarətdən qurtarıb. Kinqstona əsas təsir edən dəfələrlə yığmanın maraqları naminə klub rəhbərliyi ilə münaqişəyə girməsi olub. Hirsi soyumayan Lari 5 dəqiqə yığmasının baş məşqçisinin ünvanına söyüşlər yağdırıb. O, qışqıra-qışqıra “siz səfehsiniz, futboldan heç nə anlamırsınız” deyib.
Qeyd edək ki, Kinqston ardıcıl ikinci mundialı buraxmalı olur. Ona DÇ-2006-a aparılacağı deyilsə də, bu, baş verməyib.
Qeyd edək ki, Kinqston ardıcıl ikinci mundialı buraxmalı olur. Ona DÇ-2006-a aparılacağı deyilsə də, bu, baş verməyib.
0
0