London Olimpiadası üçün növbəti cəhd
04.06.2010 - 12:38
Cüdo üzrə Azərbaycan yığma komandası London Olimpiya Oyunlarına lisenziya xalları verən növbəti Dünya Kuboku yarışlarında iştirak edəcək. Apasport.az saytının məlumatına görə, iyunun 10-16-da Portuqaliyada keçiriləcək yarışda xalça üzərinə baş məşqçi Ağayar Axundzadənin rəhbərliyi altında 5 cüdoçumuz - Tərlan Kərimov, Samir Dadaşzadə (hər ikisi 66 kq), Elnur Məmmədli, Elxan Rəcəbli (hər ikisi 81 kq) və Elxan Məmmədov (90 kq) çıxacaq.
Qadın idmançılarımız isə Estoniya səfər edəcək. Paytaxtı Tallində baş tutacaq Dünya Kubokunda Kifayət Qasımova (57 kq) və Ramilə Yusubova (63 kq) qüvvələrini sınayacaqlar.
Qadın idmançılarımız isə Estoniya səfər edəcək. Paytaxtı Tallində baş tutacaq Dünya Kubokunda Kifayət Qasımova (57 kq) və Ramilə Yusubova (63 kq) qüvvələrini sınayacaqlar.
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
- Avstriyalı mütəxəssis: “Azərbaycanla əməkdaşlığımızı daha da genişləndirmək istəyirik”
- ASA-nın nəşr etdiyi “Təməldən təfərrüata” kitabının təqdimat mərasimi keçirilib
0
0