Dünya çempionumuz növbəti rekorda doğru
07.06.2010 - 09:05
İyunun 9-13-də Macarıstanın Moşonmaqyarovar şəhərində WPC (World Powerlifting Congress) versiyası üzrə pauerliftinq (üçnövçülük) və benç-press (ştanqı tədricən sinədən qaldırma) üzrə Avropa çempionatı keçiriləcək. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycan 1 idmançı ilə təmsil olunacaq. 125 kq çəki dərəcəsində dəfələrlə dünya və Avropa çempionu olan, bir neçə dəfə dünya rekorduna imza atan Rüfət Ağayev Macarıstanın da titul kolleksiyasına daha birini əlavə etməyə çalışacaq. İdmançımız pauerliftinq yarışlarında çıxış edəcək.
Qeyd edək ki, Azərbaycan Pauerliftinq Federasiyasının prezidenti, 2 qat dünya və Avropa çempionu Ələddin Əliyev də Avropa çempionatı davam edən günlərdə Macarıstanda olacaq. O, beynəlxalq federasiya rəhbərliyi ilə 2011-ci ilin sentyabrında Bakıda keçirilməsi nəzərdə tutulan dünya çempionatının təşkilatçılığı ilə bağlı müzakirələr aparılacaq.

- Bilyardın "Snuker" növü üzrə ölkə çempionatının qalibləri bəlli olub - FOTO
- Millimiz təlim-məşq toplanışına start verib
- III MDB Oyunlarında fəaliyyət göstərəcək könüllülərin sayı açıqlanıb - FOTO
- “Snuker” növü üzrə Azərbaycan çempionatı keçiriləcək
- Fəridə Əzizova Atletlər Komissiyasının sədri seçilib - FOTO
0
0