Özbəkistanlı hakim: Tofiq Bəhramova çatmağıma hələ çox var
07.06.2010 - 09:45
Özbəkistanlı hakim: Tofiq Bəhramova çatmağıma hələ çox var
Dünya çempionatının açılış oyununu idarə edəcək özbəkistanlı Rövşən İrmatov özünü azərbaycanlı hakimlə müqayisə etmək istəməyib. Apasport.az saytının məlumatına görə, FİFA iyunun 11-də keçiriləcək Cənubi Afrika Respublikası və Meksika yığmaları arasında açılış oyununu postsovet məkanından olan 32 yaşlı referiyə etibar etməklə, dünyanın diqqətini cəlb edib.

Məlum olduğu kimi, ən yaxşı hakimimiz sayılan Tofiq Bəhramov DÇ-1966-nın finalında Almaniya – İngiltərə oyununda yan xətdə idarəçilik edib və FİFA-dan “qızıl fit” alıb. İrmatovdan Tofiq Bəhramovun şöhrətini Daşkənddə güvənməyə haqq etdiyini soruşublar: “Tofiq Bəhramova çatmağıma hələ çox var. Bu haqda heç düşünməmişəm də! Mən çoxlarından öyrənmişəm. FİFA-nın Hakimlər Korpusunda yer alan, bizə çox kömək edən Valentin İvanov, Pyerluici Kollina, Orasio Elizondo... Mən hakimlərdən ən yaxşı keyfiyyətləri götürməyə çalışmışam. İndi də öz həmkarlarımdan çox şey öyrənirəm”.

Qeyd edək ki, 2003-cü ildə 25 yaşında FİFA referisi alan, dərhal 17 yaşlılar arasında dünya çempionatını idarə etmək etibar olunan, ümumilikdə 5 mötəbər beynəlxalq turnirdə özünü göstərən İrmatov bizlərə də yaxşı tanışdır. Belə ki, o, milli komandamızın əsasən həmyerliləri, yəni Özbəkistanla səfərdə keçirilən yoldaşlıq görüşlərini idarə edib.