7 boksçumuz Avropa çempionatında mübarizəni dayandırdı
07.06.2010 - 09:40
Rusiyanın paytaxtı Moskvada start götürən boks üzrə Avropa çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, bu mötəbər yarışa 11 boksçu ilə qatılan Azərbaycan yığmasının artıq 7 üzvü mübarizəni dayandırıb.
İdmançılarımızdan Sadiq Eynullayev (69 kq) rumıniyalı İonut Georgiyə 2:9 hesabı ilə uduzaraq mükafatlardan əlini üzüb. 75 kq çəki dərəcəsində qüvvəsini sınayan Rahib Bəylərovun mərhələ keçmək arzusu ürəyində qalıb. Türkiyəli Adem Kilicciyə 3 dəqiq zərbə vuran təcrübəli boksçumuz rəqibindən 9 zərbə “yeyib”. Ramazan Məhəmmədovun da yığmamızda “siftəsi” uğurlu alınmayıb. Məhəmmədov erməni Artur Xaçatryanla mübarizədən məğlub ayrılıb – 2:7. Komandamızın üzvü İlkin Ağayevin (54 kq) isə püşkdə bəxti gətirməyib. Həmyerlimiz ilk görüşdə təcrübəli Vittorio Parinello (İtaliya) ilə qarşılaşıb və rəqibi 6:2 hesabı ilə qələbə qazanıb.
Avropa çempionatının ikinci günündə də rinqə 4 boksçumuz çıxıb. Onlardan yalnız Məhəmməd Abdulhəmidov (51 kq) ikinci mərhələyə yüksəlib. Abdulhəmidov irlandiyalı Deklan Geragitiyə 9:2 hesabı ilə qalib gəlib. Komandamızın üzvlərindən Ramal Amanov (60 kq) rusiyalı Albert Səlimova 15:2, Emil Məhərrəmov (64 kq) ukraynalı Aleksandr Klyuçkoya 11:3 və Fərid Paşayev (+91 kq) isə almaniyalı Erkan Təpərə 11:1 hesabı ilə uduzub.
Qeyd edək ki, kubalı məşqçilər Yu Jesus və Martines Ximenes Lazaronun rəhbərliyi altında ilk imtahanını verən milli komandamızın heyətində bu gün rinqə Heybətulla Hacıəliyev (57 kq) və Rəşad Abdullayev (91 kq) çıxacaqlar. Onlar müvafiq olaraq, Denis Makarov (Almaniya) və Denis Poyatsika (Ukrayna) ilə üz-üzə gələcəklər. İyunun 9-da yarışa qoşulacaq ən yüngül çəkidəki təmsilçimiz Elvin Məmişzadə (48 kq) isə rusiyalı David Ayrapetyanla qarşılaşacaq. Çempionata iyunun 13-də yekun vurulacaq.

- 2025-ci ildə AMADA tərəfindən 1100 dopinq testi götürülüb
- WADA-nın qadağan edilmiş maddələrin siyahısının qüvvəyə minəcəyi tarix müəyyənləşib
- Qılıncoynatma üzrə Azərbaycan birinciliyinə yekun vurulub
- İlham Əliyevin doğum gününə həsr olunmuş turnir keçirilib - FOTO
- Qılıncoynatma üzrə Azərbaycan birinciliyində ilk mükafatçılar müəyyənləşib
0
0