İngiltərə - ABŞ oyunu başlamamış qalmaqal yarandı
08.06.2010 - 10:14
Dünya çempionatının ilk turu çərçivəsində iyunun 12-də keçiriləcək İngiltərə - ABŞ oyunu başlamamış qalmaqal yaranıb. Apasport.az saytının məlumatına görə, böyük britaniyalılar həmin görüşə braziliyalı Karlos Simonun baş hakim təyin edilməsindən narazı qalıb.
Məsələ ondadır ki, yaxınlarda Braziliya çempionatında diskvalifikasiya olunan Simon 6 tur idarəçilik etməyib. “Palmeyras” klubunun prezidenti Luis Qonsaqa Bellutsonun idarəçiliyindən bərk qəzəbləndiyi hakimi aşkar yaramaz və fırıldaqçı adlandırıb: “Bu hakim həmişə kiməsə kömək edir”.
Ötən il isə Simon “Flamenqo” – “Kruzeyro” oyununda uğursuz idarəçilik edərək, meydan sahiblərinin futbolçusu Dieqo Tardellini meydandan qovub. Klub bundan elə şoka düşüb ki, FİFA-ya göndərdiyi məktubda Simonu DÇ-2010-a gedən hakimlər sırasından xaric etməyi tələb edib. Həmin məktubla hakimin son illərdə çoxsaylı səhvləri olan DVD-lər göndərilib: “Bu video sübutlar cənab Simonun ədalətsiz, adekvat olmayan hərəkətlərinə şahidlik edir. Bu, onu göstərir ki, FİFA-nın Hakimlər Komitəsi onu CAR-a göndərsə, özünü böyük risk altına qoyacaq”.

- Bilyardın "Snuker" növü üzrə ölkə çempionatının qalibləri bəlli olub - FOTO
- Millimiz təlim-məşq toplanışına start verib
- III MDB Oyunlarında fəaliyyət göstərəcək könüllülərin sayı açıqlanıb - FOTO
- “Snuker” növü üzrə Azərbaycan çempionatı keçiriləcək
- Fəridə Əzizova Atletlər Komissiyasının sədri seçilib - FOTO
0
0